Qaynar xətt:

(+99450) 247 90 86

Putin polşalı fermerə Rusiya vətəndaşlığını verib

Putin polşalı fermerə Rusiya vətəndaşlığını verib

DÜNYA

346

09.01.2024, 14:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya lideri Vladimir Putin Kalininqrad vilayətində yaşayan və işləyən polşalı fermer Roman Romanovskiyə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

“Aşağıdakı şəxslərə Rusiya Federasiyasının vətəndaşlığı verilsin: Roman Romanovski, 1965-ci il aprelin 10-da Polşada anadan olub”, – məlumatda  deyilir.

Qeyd olunur ki, yeni zərb edilən Rusiya vətəndaşı Kalininqrad vilayətində taxılçılıq üzrə ixtisaslaşmış “Romanovski Aqro” şirkətinin təsisçisidir.

 

Bundan başqa, Putin amerikalı boksçu Kevin Consona Rusiya vətəndaşlığı verib. Hələ 2023-cü ilin martında Conson Rusiya vətəndaşlığını almaq xahişi ilə Putinə müraciət edib. Boksçunun 44 yaşı var, o, 60 dəfə peşəkar rinqdə çıxış edib və 36 qələbə qazanıb (20-ni nokautla).

 

Müəllif:Afət