Qaynar xətt:

(+99450) 247 90 86

İsveç terror təhlükəsi səviyyəsini qiymətləndirir

İsveç terror təhlükəsi səviyyəsini qiymətləndirir

DÜNYA

373

07.01.2024, 21:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsveç Təhlükəsizlik Polisi bildirib ki, ölkədə terror təhlükəsinin səviyyəsi eyni səviyyədə qalmalıdır - beşlik şkala üzrə dörd.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, təhlükənin bu səviyyəsi ölkədə və dünyada “həm zorakı ekstremistlərə, həm də xarici güclərin təhlükəsizliyə təhlükə törədən fəaliyyətlərinə təsir edən” hadisələrlə bağlı olaraq qalır.

Bildirilir  ki, buna İsveçin İslama düşmən ölkə kimi görünməsi şərait yaradıb.

Təhlükəsizlik polisinin rəisi Şarlotta fon Essen bildirib ki,  İsveç prioritet hədəf olaraq görülməyə davam edir.

Yanvarın 7-də İsveçin xarici işlər naziri Tobias Billström Ukraynaya yardımın ölkənin əsas xarici siyasət hədəfi olacağını bildirib. Onun sözlərinə görə, Ukraynaya dəstək “Rusiyanın seçimlərini məhdudlaşdırmaq üçün əsas imkandır”. O, həmçinin vurğulayıb ki, Aİ daxilində İsveç Rusiyaya qarşı sanksiyaları gücləndirməkdə israrlıdır.

 

Müəllif:Afət