Qaynar xətt:

(+99450) 247 90 86

İtaliya Avropa ordusunun yaradılmasını müdafiə etdi

İtaliya Avropa ordusunun yaradılmasını müdafiə etdi

DÜNYA

374

07.01.2024, 19:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aİ ölkələri vahid silahlı qüvvələr yaratmalıdır.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani “La Stampa” qəzetinə müsahibəsində bildirib.

 

"Dünyada sülhün daşıyıcısı olmaq istəyiriksə, Avropa ordusuna ehtiyacımız var. Bu, Avropanın effektiv xarici siyasəti üçün əsas şərtdir", - siyasətçi deyir.

 

Onun sözlərinə görə, Avropa İttifaqı bütün dünyada alovlanan münaqişələr və Rusiya, ABŞ, Çin və Hindistan kimi güclü “oyunçuların” mövcudluğu faktı fonunda Avropa dövlətlərini qoruya biləcək yeganə şeydir.

 

Tajani əlavə edib ki, onun planına görə, Aİ ordusu “sülhməramlı, monitorinq və çəkindirmə” ilə məşğul olmalıdır.

 

2023-cü ilin noyabrında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etdi ki, NATO ölkələrində Avropada “hərbi Şengen” yaratmaq üçün eşidilən təkliflər regionda gərginliyi artırır.

 

Müəllif:Afət