Qaynar xətt:

(+99450) 247 90 86

Livan xəbərdarlıq etdi və Borrell İsrailə "siqnal" göndərdi

Livan xəbərdarlıq etdi və Borrell İsrailə \\\"siqnal\\\" göndərdi

DÜNYA

428

06.01.2024, 22:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Livanın baş naziri Najib Mikati xəbərdarlıq edib ki, İsrailin Livanla sərhəddəki hərəkətləri regional müharibənin başlanmasına səbəb ola bilər.

 

Oxu24.com xəbər  verir  ki,Onun sözlərini TASS sitat gətirir.


Livan İsrail hakimiyyətindən respublikanın suverenliyinin pozulmasından əl çəkməyi və qoşunların ölkənin cənub rayonlarından çıxarılmasını tələb edib.

Mikati Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə görüşündə ölkəsinin vətəndaşlarının hər kəslə silahlı qarşıdurmanın əleyhinə olduğunu və dinc yanaşı yaşamaya sadiq olduqlarını vurğulayıb.

Eyni zamanda, Borrell Livan hökumətinin başçısını dəstəkləyib və respublikanın Fələstin-İsrail münaqişəsinə sürüklənməsinin yolverilməzliyinə işarə edib. O əlavə edib ki, beynəlxalq ictimaiyyət Yaxın Şərqdə böhranın eskalasiyasının qarşısını almaq üçün məsuliyyət daşıyır: “Mən bu siqnalı, o cümlədən İsrailə göndərirəm”.

 

Müəllif:Afət