Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya Ukraynanın itkilərini açıqladı

DÜNYA

388

05.01.2024, 20:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir həftə ərzində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Krasnolimansk istiqamətində dörd hücumunu dəf edib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Rusiya Müdafiə Nazirliyinin  gündəlik hesabatında məlumat verilib.

Nəticədə Ukrayna ordusu 690-dan çox hərbi qulluqçu və 42 texnika itirib.

Ukrayna Silahlı Qüvvələri bu istiqamətdə iki tank, 11 zirehli döyüş maşını, 24 texnika, həmçinin beş səhra artilleriya silahını itirib.

Həmçinin Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Silahlı Qüvvələri son bir həftə ərzində Ukrayna bölmələrinin Kupyansk istiqamətində 18 hücumunu dəf edib. 

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi dekabrın 30-dan yanvarın 5-dək Ukrayna Silahlı Qüvvələrinin neçə əsgərinin təslim olduğunu açıqlamışdı.

 

Müəllif: Miri