Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100551
az

Amerikanın "gizli silah"ında ermənilərin barmaq izi...

20:4905 Yanvar, 2024
169
DÜNYA
  • A

Din bütün dünyada ən həssas mövzudur. Bu həsasslıqdan istifadə edə bilən qüvvələr asanlıqla münaqişə yarada, vəziyyəti gərginləşdirə bilir. Din ən güclü təbliğat vasitəsi olduğu üçün bir çox ölkələr, xüsusilə də ABŞ təsir məqsədi ilə bundan çox yaxşı istifadə etməyi bacarır. Onlar cəmiyyətin dinə qarşı həssaslığını bilərək insanları ən zəif nöqtələri vasitəsi ilə rahat idarə edirlər. İllərlə də bu "silah" vasitəsi ilə ölkələr arasında münaqişə yaradan, minlərlə insanların yurdundan-yuvasından didərgin düşməsinə məhz ABŞ olub.

İndi də ABŞ dinin həssaslığını nəzərə alaraq illik "hesabat" hazırlayıb. Reallıqla əlaqəsi olmayan bu "hesabat" ötən gün təqdim olunub. Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. "Sənəd"də qeyd olunana görə guya Azərbaycanda dini azadlıq zəifdir.

Ötən il Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanaraq qərəz fonunda hazırlanan "hesabat"da həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulmasının, 60 dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağın edilməsinin nəzərə alınmaması diqqət çəkir. 

Dünyada dini və milli tolerantlıq nümunəsi kimi tanınan Azərbaycanı belə qondarma iddialarla təqdim etmək üçün ABŞ-nin nə siyasi, nə də mənəvi haqqı çatır. Məhz bu ölkədə dini və irqi ayrıseçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalır. Aydın görünür ki, hesabat ermənilər tərəfindən tərtib olunub. Hesabatın Azərbayacana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırlanıb. Bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los Ancelesdəki konsulluğunda işləyib.

Əslində bu "hesabat"la ABŞ Dövlət Departamenti bir daha əsl üzünü, öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi. Görünür bu "sənəd" dini ayrıseçkiliyə qarşı mübarizə məqsədilə deyil, bu ayrıseçiliyi daha da möhkəmlətmək və dünya ictimaiyyətinin gözündə qanuniləşdirmək məqsədi daşıyır. 

Hər kəs din seçimində, inancında azaddır. Bu azadlıq, tolerantlıq xüsusilə Azərbaycanda seçilir. Milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Azərbaycanda müxtəlif dinlərə və millətlərə mənsub insanların birgəyaşayışı, dinin dövlətdən ayrı olması, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi, multikultural ənənələrin qorunması, son illərdə ölkəmizdə dinlər və millətlər arası münasibətlərlə bağlı keçirilən beynəlxalq yarışlar, elmi konfranslar və s. bunu deməyə əsas verir. Bu ölkədə istənilən dinə öz müqəddəs məkanında rahat şəkildə ibadət etməsi üçün şərait yaradılıb, ayrı-seçkiliyə, inancına görə təhqir və təhdid olunmasına yolverilmir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan parlamentində yenə dava düşdü - VİDEO
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı