Qaynar xətt:

(+99450) 247 90 86

Jurnalisti öldürdülər

Jurnalisti öldürdülər

DÜNYA

339

05.01.2024, 19:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəzzadakı hökumətin Media Ofisindən verilən açıqlamada İsrailin Qəzza şəhərindəki Şifa Tibb Kompleksinə etdiyi mühasirə zamanı yaralanan jurnalist Əkrəm Şafiinin həyatını itirdiyi bildirilib.

 

Oxu24.com  xəbər  verir  ki,Şafiinin Fələstinin Səfa mətbuat agentliyinə verdiyi  açıqlamada İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına etdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayının 107-yə yüksəldiyi vurğulanıb.

 

Açıqlamada həyatını itirən jurnalistin ailəsinə və yaxınlarına başsağlığı verilib.

 

Media Ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü” bildirilmişdi.

 

Müəllif:Afət