Qaynar xətt:

(+99450) 247 90 86

Bağdadda iranpərəst yaraqlıların lideri öldürülüb

Bağdadda iranpərəst yaraqlıların lideri öldürülüb

DÜNYA

399

04.01.2024, 19:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranın dəstəklədiyi milislərin Bağdadın mərkəzindəki maddi-texniki təchizat qərargahına endirilən hava zərbəsi nəticəsində Xalq Səfərbərlik Qüvvələrinin (Əl-Nucəbaa) yüksək rütbəli komandiri həlak olub.


Oxu24.com  xəbər  verir  ki,Ərəb KİV-lərinin məlumatına görə, Əl-Nücəbənin ən mühüm liderlərindən biri və 12-ci Briqadanın komandiri Əbu Təqva ləqəbli Müştaq Talib Əl-Səidi Əbu Səccadla birlikdə təşkilatın qərargahının dayanacağında avtomobilində olarkən partladılıb.

 

Əl-Ərəbiyyə mənbələrinin məlumatına görə, hər iki komandir bir neçə saat əvvəl Suriya-İraq sərhədində olub.

Əl-Saidi və Əbu Səccaddan başqa təşkilatın daha bir silahlısı öldürülüb, 6-sı yaralanıb.

Əl-Nucabaa hərəkatı bəyanatında ABŞ-ı bu işə qarışmaqda ittiham edərək, onu ləğvetmənin təşkilində günahlandırıb, İraq Silahlı Qüvvələrinin baş komandanının sözçüsü isə hücumu beynəlxalq koalisiyanın üzərinə atıb.

Əl-Nücəba hərəkatı bir müddətdir ki, İraqda İslami Müqavimət adlanan qruplaşmada fəaliyyət göstərir və əvvəllər İraqda ABŞ və beynəlxalq koalisiyaya məxsus hərbi bazalara edilən hücumların əksəriyyətinə görə məsuliyyəti öz üzərinə götürüb. 8000-10000 milisdən ibarət Əl-Nucəbaa Suriya hökumət qüvvələrinin Hələb şəhərinə Rusiya aviasiyasının dəstəklədiyi quru hücumunda avanqard rolunu oynayıb. Hərəkat İraqda İŞİD-ə qarşı döyüşlərdə də iştirak edib və Livan Hizbullahı və İran İnqilab Mühafizəçiləri ilə sıx əlaqələrə malikdir.

 

Müəllif:Afət