Qaynar xətt:

(+99450) 247 90 86

İran Rusiyanı ballistik raketlərlə təmin edəcək

İran Rusiyanı ballistik raketlərlə təmin edəcək

DÜNYA

282

04.01.2024, 18:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya İrandan qısa mənzilli ballistik raketlər almağı planlaşdırır, tədarüklər bu ilin yazında baş tutacaq.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “The Wall Street Journal” məlumat yayıb.


“Birləşmiş Ştatlar Rusiyanın İrandan qısa mənzilli ballistik raketlər əldə etmək üzrə danışıqlarının irəli getməsindən narahatdır”, - ABŞ rəsmilərindən biri deyib.

 

Nəşrin mənbələri də etiraf edir ki, Tehran bu ilin yazında Rusiyaya raketlər verə bilər. Eyni zamanda, rəsmilər razılaşmanın tamamlandığına inanmırlar.

 

ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın raketləri əldə etmək istəyi dekabrın ortalarında Rusiya nümayəndə heyəti raketləri və müvafiq avadanlıqları yoxlamaq üçün İranın sınaq poliqonuna səfər edəndə aşkar olub.

 

Qeyd olunur ki, Rusiya nümayəndə heyətinin raketləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri (VKS) tərəfindən təqdim edilib. Söhbət “Ababil” qısa mənzilli raketlərindən gedir.

 

Müəllif:Afət