Qaynar xətt:

(+99450) 247 90 86

Lukaşenko özünə zəmanət verdi

Lukaşenko özünə zəmanət verdi

DÜNYA

334

04.01.2024, 18:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın keçmiş prezidentinin və onun ailəsinin hüquqlarını tənzimləyən konstitusiyaya düzəlişləri imzalayıb.

 

Dəyişikliklərə əsasən, keçmiş prezident və onun ailəsi toxunulmazlıq, ömürlük müdafiə və dövlət daşınmaz əmlakından istifadə hüququnu saxlayacaq,

 

Oxu24.com  xəbər  veir  ki,Belarus rəhbərinin mətbuat xidməti məlumat yayıb.

 

Təqaüddə olan prezident və onun ailə üzvləri hakimiyyətdə olarkən törədilmiş heç bir cinayətə görə məsuliyyət daşımayacaqlar.

 

Aktivlər, əmlak, yazışmalar və ömürlük müdafiə hüququ toxunulmaz olaraq qalır.

 

Üstəlik, sabiq dövlət başçısı vəfat etdiyi halda onun dəfni büdcə vəsaiti hesabına həyata keçiriləcək.

 

Sabiq prezidentin özü istefa verdikdən sonra ÜmumBelarus Xalq Məclisinin nümayəndəsi və Respublika Şurasının ömürlük üzvü olacaq.

 

Dəyişiklik edilmiş sənəd saytda dərc olunmayıb, lakin internet arxivində tanış olmaq olar.

 

Müəllif:Afət