Qaynar xətt:

(+99450) 247 90 86

NATO ölkələri minə yaxın Patriot raketi almağa razılaşıb

NATO ölkələri minə yaxın Patriot raketi almağa razılaşıb

DÜNYA

349

03.01.2024, 20:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avropanın NATO ölkələri minə yaxın “Patriot” raketinin alınması ilə bağlı müqavilə imzalayıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.

 

“NATO Dəstək və Təchizat Agentliyi (NSPA) Almaniya, Hollandiya, Rumıniya və İspaniya da daxil olmaqla, minə qədər Patriot Hədəfləndirici Raket (GEM-T) üçün müqavilə ilə ölkələrin koalisiyasını dəstəkləyəcək”, - deyə məlumatda bildirilir.

 

Mətbuat xidməti bildirir ki, Şimali Atlantika Alyansı Raytheon-un birgə müəssisəsi olan COMLOG ilə istehsal və təchizat müqaviləsi bağlayıb. Qeyd olunur ki, COMLOG istehsal və tədarükü dəstəkləmək üçün Avropada GEM-T raketlərinin imkanlarını genişləndirəcək.

 

Oktyabrın sonunda Alyansın baş katibi Yens Stoltenberq demişdi ki, lazımi silah və sursatları tez bir zamanda istehsal etmək üçün NATO-nun böyük silah ehtiyatlarına və ya böyük sərbəst istehsal gücünə ehtiyacı var.

 

Müəllif:Afət