Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan İrana başsağlığı verdi

Ərdoğan İrana başsağlığı verdi

DÜNYA

378

03.01.2024, 19:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda  baş  vermiş  terror aktı ilə bağlı  başsağlığı  verib.

 

Oxu24.com  xəbər  verir  ki, Ərdoğan  bu  barədə  X sosial media platformasında  məlumat paylaşıb.

“İranın Kirman vilayətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. “Dost və qardaş İran xalqına başsağlığı verirəm",-deyə paylaşımda  qeyd  edilib.

Hadisə

İranın rəsmi xəbər agentliyi İRNA-nın Fövqəladə Hallar Mərkəzinin bəyanatına əsaslanaraq verdiyi məlumata görə, İnqilab Keşikçiləri Ordusu Qüdsün öldürülməsinin 4-cü ildönümündə anım mərasiminin keçirildiyi qəbiristanlığa gedən yolda iki partlayış baş verib. 

Təxminən 10 dəqiqə ara ilə baş verən iki partlayışda həyatını itirənlərin sayı 108-ə yüksəlib. 

 

Müəllif: Miri