İranın Kerman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 73-ə çatıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Bildirilib ki, yaralıların sayı 170-ə çatıb.
---------
17:05
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 53-dür.
Yaralı sayı 70-dən çoxdur.
Ölən və yaralananlarının sayının artacağı ehtimal olunur.
----------
16:49
Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb.
OXU24.COM xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Qeyd edilib ki, hazırda ölü və yaralalılar hadisə yerindən təxliyə edilir.
İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı adlandırıb.
--------
16:26
İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.
OXU24.COM xəbər verir ki, məlumatı "Tasnim" yayıb.
Hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib. İlkin məlumata əsasən, 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Partlayışın səbəbi hələ ki məlum deyil.
Qeyd edək ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.
------
16:21
Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kerman fövqəladə hallar rəisi bildirib.
Kerman valiliyinin rəsmisi isə qeyd edib ki, hadisənin qaz partlayışı, yoxsa terror aktı olması hələ məlum deyil.
Qeyd edək ki, bu gün Kerman şəhərində SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dördüncü ildönümündə dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib.
ŞƏRHLƏR