Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna Rusiyanı vurdu: Ölən və yaralılar var

Ukrayna Rusiyanı vurdu: Ölən və yaralılar var

DÜNYA

468

03.01.2024, 12:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə ötən gün endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb.

 

APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram”da yazıb.


Qeyd olunub ki, ölən şəxs avtomobildə hərəkətdə olarkən yanında mərmi partlayıb və qəlpə yaralarından yerindəcə keçinib.

Belqorod şəhərində 64 fərdi təsərrüfat, 7 mənzil, 6 çoxmənzilli yaşayış binası, 7 ticarət obyekti, bir qarajda dağıntı qeydə alınıb, 44 avtomobilə ziyan dəyib.