Xəzərdə həlak olan hərbçilərin sayı 14-ə çatıb
25 Sentyabr 2026, 10:36
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
652
02.01.2024, 22:14
Rusiyanın Ukraynanın müxtəlif şəhərlərini kütləvi raket atəşinə tutması nəticəsində beş nəfər ölüb, 129 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) mətbuat xidməti məlumat yayıb.
“Ukraynaya hücum nəticəsində ümumilikdə 5 nəfər ölüb, daha 119 nəfər yaralanıb”, – mətbuat xidməti teleqramda qeyd edib.
Bildirilib ki, paytaxt Kiyevdə yanğınların söndürülməsi hələ də davam edir. Habelə Xarkovda qəzalı vəziyyətdə olan tikililərin sökülməsi davam edir. FHDX açıqlayıb ki, kütləvi atəş nəticəsində yerlərdə 500-dən çox xilasedici və 111 texnika cəlb edilib.
Xatırladaq ki, yanvarın 2-də Rusiya ordusu Ukraynaya 99 ədəd müxtəlif tipli raket atıb ki, onlardan cəmi 72-sini zərərsizləşdirmək mümkün olub. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının sözlərinə görə, rusiyalılar mülki və kritik infrastruktura, sənaye və hərbi obyektlərə həmlə ediblər. Zərbələrin çoxu paytaxtın payına düşüb.
Qeyd edək ki, son beş gündə Rusiyanın Ukraynaya, xüsusən də onun paytaxtına ikinci kütləvi hücumudur. Daha öncə işğalçı qüvvələr dekabrın 29-da Kiyev, Xarkov, Dnepr, Odessa, Lvov, Zaporojyeyə aramsız hücumlar həyata keçiriblər. Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına əsasən, həmin gün 39 nəfər ölüb. Daha sonra həmin zərbələrin qurbanlarının sayı artıb. Sadəcə Kiyevdə 28 nəfər həlak olub. Həmin gün Rusiya Ukraynanın üzərinə 158 dron və müxtəlif tipli raket göndərib. HHM onlardan 114-nü məhv edə bilib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, həmin hücumda Rusiya öz arsenalındakı bütün növ silahdan istifadə edib.
10:40 / 25 Sentyabr 2026
1
10:36 / 25 Sentyabr 2026
14
10:31 / 25 Sentyabr 2026
28
10:26 / 25 Sentyabr 2026
187
10:25 / 25 Sentyabr 2026
37
10:23 / 25 Sentyabr 2026
38
10:21 / 25 Sentyabr 2026
34
10:19 / 25 Sentyabr 2026
35
10:00 / 25 Sentyabr 2026
40
09:33 / 25 Sentyabr 2026
42
09:28 / 25 Sentyabr 2026
52
09:26 / 25 Sentyabr 2026
49
09:24 / 25 Sentyabr 2026
54
00:26 / 25 Sentyabr 2026
102
00:04 / 25 Sentyabr 2026
189
23:49 / 24 Sentyabr 2026
98
23:01 / 24 Sentyabr 2026
316
22:58 / 24 Sentyabr 2026
127
22:40 / 24 Sentyabr 2026
81
22:33 / 24 Sentyabr 2026
137
22:31 / 24 Sentyabr 2026
100
22:25 / 24 Sentyabr 2026
97
22:08 / 24 Sentyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.