Qaynar xətt:

(+99450) 247 90 86

İsrail HƏMAS-ın Beyrutdakı ofisinə zərbə endirib

İsrail HƏMAS-ın Beyrutdakı ofisinə zərbə endirib

DÜNYA

354

02.01.2024, 20:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrailin pilotsuz təyyarəsi Beyrutun cənubunda Fələstinin Həmas qruplaşmasının ofisinə zərbə endirib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Livanın NNA agentliyi məlumat yayıb.

 

Daha əvvəl hadisə şahidləri HƏMAS və Livanın Hizbullah qruplaşmasının ofislərinin yerləşdiyi Beyrut ərazisində partlayışların baş verdiyini bildiriblər.

 

Agentliyin məlumatına görə, pilotsuz təyyarənin vurduğu ofis Əl-Müşərrəfiyyə bölgəsində yerləşirdi.

 

Bir neçə nəfər yaralanıb, dörd nəfəri xilas etmək mümkün olmayıb.

 

Bundan əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İsrail ordusunun (IDF) Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) Qəzzada yerləşən qərargahına hücumu barədə məlumat vermişdi. Qızıl Aypara bir neçə nəfəri xilas etmək mümkün olmadığını bildirib. Onlar həmçinin əlavə ediblər ki, İsrail pilotsuz təyyarələri Əl-Amal qərargahı və Xan Yunisdəki xəstəxana ətrafını atəşə tutmağa davam edir.

 

Müəllif:Afət