Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda anadan olmuş siyasətçi 100 yaşında öldü

Bakıda anadan olmuş siyasətçi 100 yaşında öldü

DÜNYA

562

02.01.2024, 20:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sovet diplomatı Georgi Ter-Qazaryants 100 yaşında Moskvada vəfat edib.

 

Oxu24.com  xəbər  verir  ki,dövlət xadiminin meyiti dekabrın 31-də qızı tərəfindən aşkar edilib.

 

“Ter-Qazaryants Moskvanın Malaya Polyanka küçəsindəki mənzildə ölüb”, - mənbə bildirib.

 

Georgi Ter-Qazaryants 1923-cü il martın 10-da Bakıda anadan olub. Böyük Vətən Müharibəsində iştirak etmiş, 1950-ci ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyasını bitirib.

1961-1966-cı illərdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.

1973-1981-ci illərdə SSRİ-nin Seneqal və Qambiyada fövqəladə və səlahiyyətli səfiri, sonra 1987-ci ilə qədər SSRİ-nin Zimbabvedəki fövqəladə və səlahiyyətli səfiri olub.

Bundan sonra o, 2004-cü ilə qədər Ümumittifaq Müəllif Hüquqlarının Müdafiəsi Agentliyinin idarə heyəti sədrinin birinci müavini, həmçinin Rusiya Müəllif Hüquqları Cəmiyyətinin idarə heyətinin sədri və vitse-prezidenti vəzifələrində çalışıb.

 

Müəllif:Afət