Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynanın  Belqorod şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Ukraynanın  Belqorod şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

DÜNYA

376

01.01.2024, 19:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərini atəşə tutması nəticəsində ölənlərin sayı 5-i uşaq olmaqla 25 nəfərə çatıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

 

“Böyük təəssüf hissi ilə qeyd edirik ki, dekabrın 30-da Belqorodun atəşə tutulması zamanı həlak olan sakinlərin sayı 5-i uşaq olmaqla 25 nəfərə çatıb”.

 

Onun sözlərinə görə, bu gün rayon uşaq xəstəxanasında dünyasını dəyişən dörd yaşlı qızın vəziyyəti ağırdır, yayılmış damardaxili laxtalanma sindromu və ağır qanaxma səbəbindən onun tibbi təxliyəsi mümkün olmayıb.

 

 

Belqorodun Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması dekabrın 30-da baş verib. RT mənbələrinin məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov şəhərin atəşə tutulması əmrini şəxsən ölkə prezidenti Vladimir Zelenskidən alıb.

 

Bundan əvvəl keçmiş kəşfiyyatçı Skot Ritter Belqoroda hücuma görə Ukraynanın mövcudluğunu dayandıracağını bildirmişdi.

 

Müəllif:Afət