Qaynar xətt:

(+99450) 247 90 86

Nyu Yorkda yüz minlərlə insan 2024-cü ili Tayms Meydanında qeyd edib

Nyu Yorkda yüz minlərlə insan 2024-cü ili Tayms Meydanında qeyd edib

DÜNYA

501

01.01.2024, 10:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nyu-Yorkda yüz minlərlə insan pis hava şəraitinə baxmayaraq Nyu-Yorkun mərkəzi meydanı Tayms Meydanında Yeni 2024-cü ili qeyd edib.

 

Oxu24.com  xəbər verir  ki,bu barədə TASS məlumat yayıb.

 

Digər şəhər və ölkələrdən on minlərlə insan Yeni ili qeyd etmək üçün Nyu Yorka gəldi, onların çoxu yerli vaxtla günorta saatlarında ən yaxşı yerlərdə dayanmaq üçün Tayms Meydanına gəlib.

 

Qeyd edildiyi kimi, meydanda vəziyyət sakit olub, gücləndirilmiş polis dəstələri asayişi qoruyub, kinoloqlar cəlb olunub, həmçinin pilotsuz uçuş aparatları və polis helikopterlərindən də istifadə olunub. Yeni ilə bir neçə dəqiqə qalmış izdiham dağılmağa başlayıb.

 

Dekabrın 31-də Nyu-Yorkda havanın temperaturu +3-6°C səviyyəsində qalıb, lakin ötən ildən fərqli olaraq, bütün gün ərzində yağıntı olmayıb.

 

İnsanlar mərkəzi meydana xoş əhval-ruhiyyə ilə gəlmiş, 2024-cü ili sevincli nidalarla qarşılamışlar. Hadisə şahidi bildirib ki, şar yerə endikdən sonra toplaşanlar müxtəlif yeni il arzuları ilə konfeti yağışı altında qalıblar.

 

Müəllif: Nigar