Qaynar xətt:

(+99450) 247 90 86

Serb müxalifətinin Belqradda keçirilən mitinqi Konstitusiya Məhkəməsinə keçib

Serb müxalifətinin Belqradda keçirilən mitinqi Konstitusiya Məhkəməsinə keçib

DÜNYA

357

30.12.2023, 19:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə min nəfərdən ibarət qərbyönlü serb müxalifətinin tərəfdarları Belqradın mərkəzinə toplaşaraq Konstitusiya Məhkəməsinin binasına doğru hərəkət ediblər.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.


Müxalifətin elan etdiyi mitinq iştirakçıları əvvəlcə küçənin əhəmiyyətli bir hissəsini tutan Moskva otelinin yaxınlığındakı Terazije küçəsində toplaşıblar.

 

Aksiya başlayandan bir saat sonra onlar Konstitusiya Məhkəməsinin binasına doğru yollanıblar. 3-5 min nəfərlik kolonna qəzəbli şüarlar səsləndirərək, fit çalaraq Respublika Seçki Komissiyasının, Məclis binalarının və prezident Aleksandr Vuçiçin iqamətgahının yanından maneəsiz keçib.

Konstitusiya Məhkəməsinin binasının yaxınlığında səhnə qurulub, mitinqdə serb və ingilis dillərində mahnılar səslənir və izdihamı hərarətləndirir. Bütün bunlar Serbiya parlamentinin binasından bir qədər aralıda baş verir. Etirazçılar əllərində Serb Respublikası və Aİ bayraqları daşıyırlar.


Xatırladaq ki, bazar günü, dekabrın 24-də Belqrad Assambleyasına seçkilərin nəticələrindən narazı olan Serbiya müxalifətinin tərəfdarları şəhər administrasiyasına basqın təşkil ediblər. Nəticədə etirazçıların hökumət binasına daxil olmaq cəhdinə cavab olaraq polis gözyaşardıcı qazdan istifadə edib. 35-dən çox adamın həbs edildiyi bildirilirdi. Lakin Serbiyada qərbyönlü müxalifətin tərəfdarları dekabrın 25-də yenidən etiraz aksiyasına çıxıblar. Onlar dekabrın 26-da da mitinq keçiriblər.

 

Müəllif:Afət