Qaynar xətt:

(+99450) 247 90 86

İsrail Suriyanın Hələb hava limanına hücum edib

İsrail Suriyanın Hələb hava limanına hücum edib

DÜNYA

348

30.12.2023, 19:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hələb hava limanının kənarına zərbələr endirib

 

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Hələb beynəlxalq hava limanının kənarında, eyniadlı şəhərətrafı ərazilərə raket zərbələri endirib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “Əl-Hədath” telekanalı məlumat yayıb.

 

Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələrinin hücumu Aralıq dənizindən həyata keçirilib.

 

Qırıcılar Hələb beynəlxalq hava limanında iranyönlü silahlı birləşmələrin mövqelərinə raket zərbələri endirib. Digər təfərrüatlar verilmir.

 

Dekabrın 29-da İsrail və Fələstinin Həmas hərəkatı arasında girovların azad edilməsi üçün danışıqlarda vasitəçilik edən Qətərin nümayəndələri israilli həmkarlarına bildiriblər ki, Fələstin qrupu girovlarla bağlı danışıqları bərpa etməyə “prinsipcə razılaşıb”.

Bundan əvvəl ABŞ-ın İsrailə yüz milyonlarla dollar dəyərində mərmi satacağı bildirilirdi.

 

Müəllif:Afət