Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99982
az

İslam yoxsulluq dinidir?

12:4428 Dekabr, 2023
226
CƏMİYYƏT
  • A

İslam cəmiyyətlərinin iqtisadi yoxsulluğunun səbəbi nədir?

Bəzi insanlar bir sıra müsəlmanların təkəbbürlü və nalayiq hərəkətlərini dindən bilirlər. Ancaq halbuki, həmin bu müsəlmanların geri qalmışlığı onların özünə aiddir, İslam bir şeydir, müsəlman olmaq başqa bir şeydir.

İslam dinində müsəlmanlar iqtisadi fəaliyyətlərə dəvət olunur, yoxsulluqdan, hər cür işsizlikdən uzaq olmağa çağırılır. Bu məsələyə o qədər təkid edilir ki, hətta ailə üçün ruzunun qazanılması Allah yolunda edilən cihadla bir tutulmuşdur. Şərhçilərdən biri "Muzəmmil" surəsinin 20-ci ayəsinin təfsirində yazır: "Bu ayədə "cihad fi səbilillah" - yaşamaq üçün səylər göstərmək mənasındadır və bu da onu göstərir ki, İslam bu mövzuya xüsusi əhəmiyyət verir. Zira, yoxsul, ac və başqalarına möhtac olan bir millət heç bir zaman istiqlaliyyət və əzəmət qazanmaz. Əslində iqtisadi cihad düşmənlə cihadın bir hissəsidir".

İmam Sadiq (ə) ruzi əldə etmək haqda buyurur: "Ruzi əldə etməkdə tənbəllik etməyin, çünki atalarımız bu yolda çalışıblar və ruzini istəyiblər". Ona görə də İslam dini müsəlmanları təkcə yoxsulluqdan uzaq olmağa çağırmır, həm də onu cihad adlandırmışdır. Deməli, din müsəlmanların yoxsul olmasını istəmir.

Müsəlmanların yoxsul olmasının başqa amillərdə də kökləri vardır, o cümlədən:

Hakimlərin siyasəti: Ən mühüm amillərdən biri o siyasətdir ki, zalım hakimlər tarix boyu ondan istifadə ediblər. Düşmənlər də onu himayə edərdilər. Çünki düşmənlər bilirdilər ki, müsəlmanların iqtisadi istiqlaliyyəti onların mənafeləri ilə ziddiyyət təşkil edir. Onlar İslam dünyasının zillətini istəyirlər. Onlar istəyirlər ki, İslam ölkələri istimarçılardan asılı olsunlar.

Dindən yanlış nəticələr çıxartmaq: İslam dünyasında yoxsulluğun artmasının səbəblərindən biri dindən yanlış nəticələr çıxartmaqdır. Bəziləri təsəvvür edirlər ki, din insanları axirətə çağırır və dünyada fəaliyyət və səy göstərmək lazım deyil. Bu fikrin yanlış olmağı çox aydındır.

Bəzi hədislərdə İmam Zaman (ə) ağanın cəmiyyəti iqtisadi və elmi inkişafda olacaqdır. Bu onu göstərir ki, İslamın mühüm hədəfi yoxsulluqdan uzaq olmaq və iqtisadi inkişaf etməkdir. İslam Peyğəmbəri (s) və İmamlar (ə) iqtisadi fəaliyyətlərlə məşğul olurdular. Onlar yoxsulluqdan uzaq olan cəmiyyət yaratmaq istəyirdilər. İmam Əli (ə) hakimlərin vəzifələrindən birinin yoxsulluqdan uzaq olmaq olduğunu bildirmişdir.

Əlbəttə İslam, iqtisadi fəaliyyətlərlə məşğul olmaqla yanaşı, təqva və mənəviyyata da mühüm əhəmiyyət verir. Əgər cəmiyyətin daxilinə nüfuz etsək, ürək ağrıdan dərdlərlə rastlaşarıq və qəbul edərik ki, onlar dünyanın ən çarəsiz millətidirlər. Beləliklə, mənəviyyat həyatın ən mühüm sərmayəsidir.

Əgər İslamda qeyri-dini yolla sərvət əldə etmək qadağan edilibsə, ona görədir ki, insanlar mənəviyyatdan uzaqlaşmasınlar və ictimai ədalət inkişaf etsin.

Özünü itirmək: İslam cəmiyyətinin yoxsulluğunun mühüm amillərindən biri özünü itirməkdir. O mənada ki, bu gün müsəlmanlar öz qabiliyyət və istedadlarını yaddan çıxardıblar. Təsəvvür edirlər ki, ancaq başqalarının elmi və iqtisadi istedadları vardır. Özünü itirmə ruhiyyəsi səbəb olmuşdur ki, İslam cəmiyyətlərində başqa ölkələrin insan qüvvələrindən istifadə edilsin və bu da iqtisadi yoxsulluğa və asılılığa gətirib çıxarır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi