Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda ŞOK OLAY: 4 aylıq körpənin mədəsindən mismar çıxdı

Azərbaycanda ŞOK OLAY: 4 aylıq körpənin mədəsindən mismar çıxdı

CƏMİYYƏT

418

27.12.2023, 20:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda 4 aylıq körpə mismar udub.

Məlumata görə, yad cisim udan körpənin həyatı xilas edilib. Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib. Xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb. 

Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən yad cisim olan mismarın xaric olunması əməliyyatı uğurla başa çatıb. 

Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.