Qaynar xətt:

(+99450) 247 90 86

DİQQƏT! Əhaliyə yeni yayılmış dələduzla bağlı xəbərdarlıq edildi

DİQQƏT! Əhaliyə yeni yayılmış dələduzla bağlı xəbərdarlıq edildi

CƏMİYYƏT

889

27.12.2023, 18:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son zamanlar kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır.

 

Bu barədə  Oxu24.com-a  Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

 

Dələduzlar, səhifələrində bir çox şirkətlərin “Facebook” səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar.

 

Belə ki, paylaşımlarda “Facebook”a daxil olmaq üçün saxta keçidlər vasitəsilə istifadəçilərin giriş məlumatları tələb edilir.

 

Məlumatlar daxil edildikdən sonra “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur.

 

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir.