Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO
20 Aprel 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
418
24.12.2023, 19:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Oxu24.com xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 12 hektar olan yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-nin birotaqlı, 314-nün ikiotaqlı, 552-sinin üçotaqlı, 224-nün isə dördotaqlı olacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxdılar.
Həmçinin oxuyun
Qeyd edildi ki, kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək.
Dövlətimizin başçısı Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməlini qoydu.
00:30 / 21 Aprel 2026
1
23:55 / 20 Aprel 2026
36
23:38 / 20 Aprel 2026
47
23:18 / 20 Aprel 2026
48
22:59 / 20 Aprel 2026
187
22:49 / 20 Aprel 2026
97
22:31 / 20 Aprel 2026
63
22:20 / 20 Aprel 2026
60
22:06 / 20 Aprel 2026
143
22:02 / 20 Aprel 2026
96
21:56 / 20 Aprel 2026
80
21:42 / 20 Aprel 2026
89
21:34 / 20 Aprel 2026
184
21:24 / 20 Aprel 2026
68
21:20 / 20 Aprel 2026
1124
21:19 / 20 Aprel 2026
218
21:17 / 20 Aprel 2026
56
21:09 / 20 Aprel 2026
444
21:05 / 20 Aprel 2026
213
21:04 / 20 Aprel 2026
70
20:59 / 20 Aprel 2026
76
20:53 / 20 Aprel 2026
1002
20:50 / 20 Aprel 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.