Bakının bu qəsəbəsinə şəhər statusu verilə bilər
29 Noyabr 2026, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
453
22.12.2023, 15:24
Kapital Bank-ın növbəti “Data Talks” tədbiri yekunlaşdı
Xəbər verdiyimiz kimi Kapital Bank və “SUP.VC” şirkəti birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı tədbirlər həyata keçirir. İl sonunadək davam edəcək layihənin “Data talk” formatında növbəti tədbiri baş tutdu. Ötən gün keçirilən tədbirdə iştirakçılar suallarla spikerlərə müraciət edib, tövsiyələr ala bildilər.
Tədbirdə dayanıqlı məlumat bazaları ilə bağlı “Sığorta hadisələrinin idarə edilməsi prosesinin avtomatlaşdırılması” və “Risk modellərinin idarə edilməsi” kimi müxtəlif mövzular müzakirə edildi.
Peşəkar mütəxəssislərlə yanaşı data sahəsinə marağı olan şəxslərin də iştirak etdiyi tədbirin ilk eksperi Kapital Bank-ın Analitika ekspert mərkəzinin data elmi üzrə eksperti Cavid Hüseynov oldu. Risklərin idarə edilməsi və modelləşdirmə üzrə böyük təcrübəyə sahib Cavid Hüseynov Azərbaycan-Fransız Universitetində kompüter elmləri üzrə təhsil alıb. Karyerasına ilk olaraq “Neuroil” şirkətində süni intellekt üzrə mühəndis kimi başlayıb. Daha sonra fəaliyyətini “Unibank”da risk modelləri üzrə mütəxəssis kimi davam etdirib. Bu müddət ərzində pərakəndə və biznes istiqamətləri üzrə skorinq modellərinin qurulmasında iştirak edib. 2021-ci ildən etibarən fəaliyyətini Kapital Bank-da davam etdirir.
“PAŞA Sığorta”nın Data elmləri istiqamətinin rəhbəri Ülvi Salman da tədbirin eksperti idi. O, Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi təhlillər ixtisası üzrə təhsil alıb. Karyerasına “Azərsun Holdinq”də data mütəxəssisi kimi başlayıb. Risk modelləri üzrə geniş araşdırmaların müəllifidir. 2022-ci ildən fəaliyyətini “PAŞA Sığorta” da davam etdirir.
Kapital Bank-ın bu təşəbbüsü verilənlər bazası sahəsində peşəkar olan və sahəyə marağı olan, özünü inkişaf etdirmək istəyən şəxslər üçün həm təcrübə mübadiləsi, həm də yeni tanışlıqların yaranması üçün böyük imkanlar yaradır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
10:00 / 29 Noyabr 2026
15
09:58 / 29 Noyabr 2026
29
09:54 / 29 Noyabr 2026
40
09:15 / 29 Noyabr 2026
90
01:31 / 29 Noyabr 2026
207
01:22 / 29 Noyabr 2026
203
00:11 / 29 Noyabr 2026
270
23:56 / 28 Noyabr 2026
536
23:47 / 28 Noyabr 2026
217
23:36 / 28 Noyabr 2026
853
23:13 / 28 Noyabr 2026
232
22:57 / 28 Noyabr 2026
237
22:29 / 28 Noyabr 2026
246
22:11 / 28 Noyabr 2026
236
22:01 / 28 Noyabr 2026
219
21:50 / 28 Noyabr 2026
241
21:34 / 28 Noyabr 2026
221
21:22 / 28 Noyabr 2026
253
20:57 / 28 Noyabr 2026
328
20:40 / 28 Noyabr 2026
245
20:24 / 28 Noyabr 2026
246
20:16 / 28 Noyabr 2026
240
20:04 / 28 Noyabr 2026
250
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.