Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99705
az

İlham Əliyev oyunu mərkəzdən başladı – Top yenə Ordudadır!

01:0522 Dekabr, 2023
204
CƏMİYYƏT
  • A

Gözlər Xankəndiyə dikilib. Əvvəl o istiqamətdə gözümüz yol çəkərdi, xəyala dalardıq. "Görəsən, mümkün olarmı" düşüncə-sualı beynimizi qurd kimi gəmirərdi. Şuşanın nə vaxtsa azad ediləcəyinə inanırdıq. Xankəndi haqda isə... Xəyalən belə ora gedib çıxmaqda çətinlik çəkirdik. Amma indi bu şəhərdə futbol yarışması keçirilir. "Qarabağ"-MOİK-in tarixi və rəmzi qarşılaşmasını izləyirik.

Prezident İlham Əliyev yarışmadan öncə stadionda möhtəşəm nitq söylədi. O çıxışdakı detallara varmayacam. İlham Əliyevin çıxışı bütöv halda böyük siyasi və geopolitik hadisə idi. Separatçıların 30 ildən çoxdur özlərinə yuva etdiyi tarixi Azərbaycan şəhərindən İlham Əliyev dünyaya səsləndi. Qlobal güclərə mesaj verdi: "Burdayam, sizin bəslədiyiniz separatizmin yuvasını başınıza yıxmışam. Onun yerində gözəllik yaratmışam".

Prezidentin oyuna rəmzi start verməsi də bir ayrı məna daşıdı. İlham Əliyev meydançanın mərkəzindən topu MOİK-in oyunçusuna atdı. Təsadüf sayıla bilməz. "Top yenidən ordudadır" ismarışı kimi yozmaq olar. Sülh tərəfdarıyıq, amma ordu amili hər zaman ön planda olacaq.

O top həm də Azərbaycan üzərinə oyun oynayan qüvvələrin qapısına vurulan QƏLƏBƏ qolu kimi tarixə yazıldı.

Xankəndidəki futbol yarışması bir mərhələnin bitdiyinin, yenisinin başladığının simvoludur, siqnalıdır. Müharibə, hərbi qarşıdurma bitdi, bölgəyə mədəni-kütləvi tədbirlər gəlir - sülh gəlir. Bir mesaj da budur.
Ətraflı

Prezident Əliyev müharibədən dərhal sonra Ermənistana barış əli uzatmışdı. Demişdi, "müharibə başa çatdı, gəlin sülh, əmin-amanlıq şəraitdə yaşayaq". Ardından "3+3" formatını təklif etmişdi. Bütün bunlar Laçın işğaldan azad edildiyi gün Prezidentin televiziya ilə xalqa müraciətində səsləndirilmişdi. Sonralar da belə çağırışlar çox oldu. Bu ilin may ayında İlham Əliyev Laçında olarkən dedi ki, separatçılar könüllü təslim olsalar, onları əfv edə bilər.

Bu təkliflərin heç biri Ermənistanı, separatçıları ağıllandırmadı, xəyal dünyasından oyatmadı. Revanşizm xəstəliyindən sağaltmadı. Son zərbə, həlledici həmlə bu ilin 19-20 sentyabrında oldu. Ordumuzun keçirdiyi bir sutkalıq antiterror əməliyyatı Qarabağın işğalına son qoydu! Erməni separatizmini süqutu uğratdı! Azərbaycanın ərazi bütövlüyü tam və birmənalı bərpa edildi! Separatçılar əli-qolu bağlı Bakıya gətirildi!

Bu qədər olanlardan dərs çıxarmaq əvəzinə, yenə sülh bağlamaqdan yayınır Ermənistan. Havadarlarına arxayın olub, prosesi uzadır. Nə etsə də xeyiri olmayacaq. Azərbaycanın diktəsini, şərtlərini qəbul edəcək. Nikol Paşinyan, ya da ondan sonra gələcək rəhbər sülh sazişini Azərbaycan Prezidentinin təklif etdiyi masada və paytaxtda imzalayacaq.

Prezident futbol yarışmasını şəhid övladları ilə birlikdə izlədi. Bundan əvvəl isə çıxışında şəhid ailələrini, övladlarını salamladı. Dedi ki, onlar stadiondadırlar. Bu tarixi matçı birlikdə izləyəcəyik. Və bir şəhid anası ilə görüşdü. Sonra da Vətənə və ona əmanət edilən çocuqların yanına qalxdı.

O övladlar Azərbaycanın gələcəyidir. Həm də parlaq gələcəyi. Prezident ona əmanət edilmiş şəhid uşaqlarına ölkəni, Azərbaycanı əmanət edir. Məncə, ən böyük, ən təsirli və vacib mesaj bu idi...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Neçənci mərtəbədə yaşamaq daha münasibdir? – Həkim məsləhəti
Bu əlamətlər varsa, orqanizm XƏSTƏDİR
Bakıda keçirilən toy gündəm oldu: Bəy görün nə etdi -VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO