Şahin Bağırov məşhur Xalq artistinin oğluna xəbərdarlıq etdi
26 Sentyabr 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
407
21.12.2023, 17:30
Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
OXU24.COM xəbər verir ki, bu barədə Qərb mətbuatında məlumat yayılıb. Qeyd olunur ki, hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın "tərəfdaşı" kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.
Məlumata görə, mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.
Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib.
Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.
Mənbə hesab edir ki, uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə tarixi zərbə olacaqdır.
Azərbaycan tərəfi məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyib.
Bununla yanaşı, hazırda yayılan xəbərlərdə o da bildirilir ki, Fransa Prezidenti Emanuel Makron dünən Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyenin mümkün istefası barədə kəşfiyyatın Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğundan sonra danışılmağa başlanıldı.
Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.
00:17 / 26 Sentyabr 2026
51
00:09 / 26 Sentyabr 2026
54
23:58 / 25 Sentyabr 2026
48
23:54 / 25 Sentyabr 2026
61
23:51 / 25 Sentyabr 2026
63
23:48 / 25 Sentyabr 2026
57
23:36 / 25 Sentyabr 2026
67
23:30 / 25 Sentyabr 2026
53
23:21 / 25 Sentyabr 2026
53
23:17 / 25 Sentyabr 2026
62
23:08 / 25 Sentyabr 2026
59
23:05 / 25 Sentyabr 2026
53
23:02 / 25 Sentyabr 2026
51
22:57 / 25 Sentyabr 2026
52
22:47 / 25 Sentyabr 2026
69
22:46 / 25 Sentyabr 2026
57
22:40 / 25 Sentyabr 2026
213
22:36 / 25 Sentyabr 2026
55
22:24 / 25 Sentyabr 2026
286
22:19 / 25 Sentyabr 2026
67
22:10 / 25 Sentyabr 2026
163
22:07 / 25 Sentyabr 2026
60
21:47 / 25 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.