Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR
29 Noyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
348
21.12.2023, 11:53
Fövqəladə Hallar Nazirliyi İT resurslarını qismən “Hökumət buludu”na köçürüb
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir.
Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
İnformasiya sistemlərini “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu Fövqəladə Hallar Nazirliyi (FHN) olub.
Nazirlik “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib.
FHN informasiya sistemlərinin müəyyən qismini “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Plana uyğun olaraq, ilkin mərhələdə FHN-in infrastrukturu qiymətləndirilib.
Hesabat hazırlanaraq İT sistemlərin miqrasiyasının konsultasiyası xidməti göstərilib. Konsultasiya xidməti zamanı texniki xüsusiyyətləri və əhəmiyyətlilik dərəcəsi nəzərə alınaraq İT resursların mərhələli şəkildə miqrasiyasını özündə əks etdirən yol xəritəsi hazırlanıb.
Həmçinin FHN “Microsoft Windows Server” məhsulları ilə təmin edilib, nazirliyin İT infrastrukturunun yerləşdiyi inzibati ofislə “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzi arasında transmissiya xətti çəkilib. Bununla da məlumatların ötürülməsinin sürətliliyi və təhlükəsizliyi daha üstün səviyyədə təmin edilib.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
10:25 / 29 Noyabr 2026
14
10:24 / 29 Noyabr 2026
1
10:00 / 29 Noyabr 2026
133
09:58 / 29 Noyabr 2026
76
09:54 / 29 Noyabr 2026
72
09:15 / 29 Noyabr 2026
107
01:31 / 29 Noyabr 2026
210
01:22 / 29 Noyabr 2026
205
00:11 / 29 Noyabr 2026
273
23:56 / 28 Noyabr 2026
554
23:47 / 28 Noyabr 2026
218
23:36 / 28 Noyabr 2026
870
23:13 / 28 Noyabr 2026
234
22:57 / 28 Noyabr 2026
239
22:29 / 28 Noyabr 2026
249
22:11 / 28 Noyabr 2026
241
22:01 / 28 Noyabr 2026
221
21:50 / 28 Noyabr 2026
243
21:34 / 28 Noyabr 2026
223
21:22 / 28 Noyabr 2026
254
20:57 / 28 Noyabr 2026
329
20:40 / 28 Noyabr 2026
246
20:24 / 28 Noyabr 2026
249
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.