Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün Xankəndidə tarixi oyun keçiriləcək

Bu gün Xankəndidə tarixi oyun keçiriləcək

CƏMİYYƏT

392

21.12.2023, 10:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan kubokunda tarixi oyun keçiriləcək.

 

Oxu24.com xəbər verir ki, turnirin 1/8 final mərhələsində Ağdamın “Qarabağ” klubu MOİK-lə Xankəndi şəhərində qarşılaşacaq.

 

Şəhərin yenidən qurulmuş mərkəzi stadionunda baş tutacaq görüş saat 14:00-da başlayacaq.

 

Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilmiş hissəsində ilk rəsmi oyun olacaq.

 

Sonuncu dəfə işğal altında olmuş ərazidə oyun 1993-cü ilin mayında Azərbaycan çempionatında “Qarabağ”la “Turan” (Tovuz) arasında olub. Ağdamın “İmarət” stadionunda keçirilmiş həmin matçda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

 

Bu oyundan 2 ay sonra Ağdam işğal edilib.