Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99605
az

Qırmızı Ürəklər Fondu 3 yaşını qeyd etdi

14:4520 Dekabr, 2023
174
CƏMİYYƏT
  • A

Qırmızı Ürəklər Fondu 3 yaşını qeyd etdi 

Hər zaman sosial təşəbbüslərlə gündəmə gələn, cəmiyyət üçün əhəmiyyətli layihələrin müəllifi, ölkənin bütün regionlarını əhatə edərək minlərlə insana maddi və mənəvi  dəstək göstərən Qırmızı Ürəklər Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 3 ili tamam oldu. Fond ötən gün bu münasibətlə dostlarını “Ürəksən” adlı  tədbirdə qonaq etdi. 

Kapital Bank-ın nümayəndələri, donorlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi tədbiri çıxış sözü ilə Fondun prezidenti Sevda Haqverdiyeva açdı. O, iştirakçılara 2023-cü il ərzində Fondun fəaliyyət istiqamətləri üzrə görülən işlərin hesabatını təqdim etdi. Daha sonra Fondun fəal üzvləri il ərzində layihələrdə göstərdikləri dəstəyə görə xüsusi təşəkkürnamələrlə təltif edildi. Eləcə də qurumun fəaliyyətinin genişləndirilmsi istiqamətində töhfəsini əsirgəməyən və ianələrlə daim dəstək göstərən donorlara plaketlər təqdim edildi. 

Fəaliyyət göstərdiyi 3 il ərzində Fond cəmiyyət, ətraf mühit və heyvanlara dəstək olmaqla 3 əsas istiqamət üzrə müxtəlif sosial layihələr icra edib. Onların sırasında uşaq evləri və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihə var. 
Qeyd edək ki, 2023-cü il ərzində Qırmızı Ürəklər Fonduna 31 430 ianəçi tərəfindən 14 893,53 min manat vəsait daxil olub. Toplanan vəsaitlər hesabına 242 könüllünün iştirakı ilə 4023 benefesiara ianələr şəklində dəstək göstərilib.

“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qəza: işıqfor yararsız vəziyyətə düşdü -Anbaan VİDEO
Bazar gününə olan hava proqnozu
Azərbaycanda xəstələrin bülleten dərdi: İnsanların müalicə almaq hüququ belə pozulur

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı