Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR
29 Noyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
454
14.12.2023, 15:01
Birbank-ın QR-kodla ödəniş üsulu 3%-dək keşbek qazandırır
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə qazandırmaqda davam edir. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə Birbank tətbiqinin “QR” hissəsindən ödəniş edə, üstəlik 3%-dək keşbek qazana bilərlər.
Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, Birbank mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən “QR” hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu Birbank ilə skan edərək ödənişi tamamlamalıdır.
Birbank keşbek kartı istifadə edən müştərilər Birbank mobil tətbiqində keşbek kateqoriyaları arasından “Birbank-la m10 QR-nı çək və ödə! 3%” kateqoriyasını seçməlidirlər. Kapital Bank-ın digər kart istifadəçiləri isə ödənişi Birbank mobil tətiqində QR-la edərək bütün ödənişlərdən 2% keşbek qazanırlar.
QR-kodla ödəniş üsulunu yalnız Birbank hesabına bağlı olan şəxsi Kapital Bank kartları ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə ödəniş edilən məntəqə Birbank partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir.
Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan Birbank hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki Birbank mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: //bir.bank/bm10qosppr
Birbank kartı haqqında ətraflı məlumat üçün //birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
12:03 / 29 Noyabr 2026
1
12:00 / 29 Noyabr 2026
16
11:33 / 29 Noyabr 2026
88
10:55 / 29 Noyabr 2026
90
10:25 / 29 Noyabr 2026
139
10:24 / 29 Noyabr 2026
314
10:00 / 29 Noyabr 2026
241
09:58 / 29 Noyabr 2026
116
09:54 / 29 Noyabr 2026
113
09:15 / 29 Noyabr 2026
134
01:31 / 29 Noyabr 2026
228
01:22 / 29 Noyabr 2026
216
00:11 / 29 Noyabr 2026
294
23:56 / 28 Noyabr 2026
613
23:47 / 28 Noyabr 2026
232
23:36 / 28 Noyabr 2026
957
23:13 / 28 Noyabr 2026
246
22:57 / 28 Noyabr 2026
251
22:29 / 28 Noyabr 2026
261
22:11 / 28 Noyabr 2026
253
22:01 / 28 Noyabr 2026
230
21:50 / 28 Noyabr 2026
349
21:34 / 28 Noyabr 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.