Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR
29 Noyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
558
14.12.2023, 19:46
Ermənsitan əsirliyindən azad olunaraq dekabrın 14-də Azərbaycana qaytarılan Aqşin Bəbirov ARB 24 kanalına müsahibəsində ermənilərin ona və Hüseyn Axundova verdikləri işgəncələrdən danışıb.
OXU24.COM xəbər verir ki, o, bu gün müayinədən keçəcəyini bildirib:
"Ermənistan dövlətinin bizimlə necə qəddarcasına davrandığını, işgəncə, əzab verdiyini hamı biləcək. Göydə Allah şahiddir ki, bizə necə münasibət göstərirdilər. Həkim dişim irin verə-verə necə narkozsuz şəkildə dişimə iynə basdı. Başımı divara vurub partlatdılar, ayağıma tok verdilər. Beynəxalq Qızıl Xaç Komitəsinə problemlərimizi deyirdik, onlar gəldikləri gün hər şey yaxşı olurdu, amma gedəndən sonra yenə eyni vəziyyət. Gecə saat 03:00-04:00 radələrində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri gəlib bizə əzab-əziyyət verib çıxıb gedirdilər. Biz yenə də ayaq üstündə qalmağa çalışdıq və qaldıq. Bizə nə əzab verilsə də, həmişə mübarizlik göstərmişik".
O, ermənilərin işgəncə verdikləri an Azərbaycanla bağlı hansısa sirr alıb-almadıqları barədə suala isə belə cavab verib:
"Bizdən heç kim sirr ala bilməz, biz Azərbaycan oğluyuq. Hamısını dövlətə cavab verəcəyik. Bizim hesabatımız dövlət tərəfindən alınacaq!"
A.Bəbirov Azərbaycana gətirilərkən yolda işgəncəyə məruz qaldıqlarını da bildirib:
"Azad olunduğumuzu bizə bir gün əvvəldən xəbər verdilər. Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri gəldilər, bizə dedilər ki, sabah axşamüstü Azərbaycana gedəcəksiniz, vətəninizdə olacaqsınız. Amma gecə saat 03:00-04:00 radələrində yatdığımız vaxt yenə işgəncə verdilər. Bizi Azərbaycana gətirəndə belə yolda işgəncə verirdilər, maşında vura-vura gətirdilər. Hər tərəfimdə işgəncə izi var. Daha çox qollarıma dərialtı narkotik vururdular. İynələrin izləri, başımdakı çapıq izləri, namaz qıldığım yerdə başımı divara vurub partlatmaqları... Bu, qəddarcasınadır. Təkcə bir nəfər erməni heç olmasa qarşımızda dururdu ki, bizi vurmasınlar. Amma o, həftədə bir dəfə gəlirdi. Rütbəsi aşağı idi. Milli Təhlükəsizlik Xidməti gələndə hər kəs çəkilirdi kənara, qapı bağlanırdı, yenə bizə əzab verilirdi, ikimizi də otaqda pis vəziyyətdə qoyub çıxırdılar..."
11:33 / 29 Noyabr 2026
14
10:55 / 29 Noyabr 2026
53
10:25 / 29 Noyabr 2026
126
10:24 / 29 Noyabr 2026
232
10:00 / 29 Noyabr 2026
216
09:58 / 29 Noyabr 2026
107
09:54 / 29 Noyabr 2026
104
09:15 / 29 Noyabr 2026
128
01:31 / 29 Noyabr 2026
224
01:22 / 29 Noyabr 2026
214
00:11 / 29 Noyabr 2026
290
23:56 / 28 Noyabr 2026
594
23:47 / 28 Noyabr 2026
228
23:36 / 28 Noyabr 2026
931
23:13 / 28 Noyabr 2026
243
22:57 / 28 Noyabr 2026
249
22:29 / 28 Noyabr 2026
258
22:11 / 28 Noyabr 2026
251
22:01 / 28 Noyabr 2026
227
21:50 / 28 Noyabr 2026
252
21:34 / 28 Noyabr 2026
230
21:22 / 28 Noyabr 2026
263
20:57 / 28 Noyabr 2026
340
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.