Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gecə saatlarında dəhşət: Adam dolu avtobus dərəyə aşdı +VİDEO

Azərbaycanda gecə saatlarında dəhşət: Adam dolu avtobus dərəyə aşdı +VİDEO

CƏMİYYƏT

754

11.12.2023, 22:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

 

İçərisində 15 sərnişin olan Qusar-Xürel kənd avtobusu yoldan çıxaraq dərəyə aşıb.

 

Nəticədə xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

 

Onlar rayonunun Xürel kənd sakinləri Liana Mikayılova,  Lamunat Bədəlova, Milyanə Şıxzadayeva, Ruslan Əmiraslanov, Aksana Beydiyeva və Aysel Cavadovadır. 

 

Qəzaya ilkin səbəb havanın dumanlı olması göstərilir. 

 

Faktla bağlı araşdırma aparılır.