Qubada qəza olub
26 Sentyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
677
11.12.2023, 11:58
Azərbaycanda qanuni yaşayan əcnəbilərin “SİMA İmza” əldə etməsi mümkün oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə öz fəaliyyət dairəsini genişləndirməyə davam edir.
Belə ki, Azərbaycanda daimi və müvəqqəti yaşamaq hüququ olan əcnəbi vətəndaşlar üçün biometrik əsaslı rəqəmsal imza olan “SİMA İmza”nı əldə etmək imkanı yaradılıb.
Artıq ölkəmizdə qanuni əsaslarla yaşayan (müvəqqəti və ya daimi yaşayış icazəsi vəsiqəsinə sahib olan) xarici vətəndaşlar heç bir xüsusi icazə almadan və ödəniş etmədən rəqəmsal imza əldə edə bilərlər. Rəqəmsal imzanı əldə etmiş əcnəbilər, Azərbaycan vətəndaşları kimi, “SİMA İmza”nın mövcud olduğu bütün xidmətlərdən faydalanacaqlar. Bununla da əcnəbilər həm ölkəmizdə, həm də xaricdə olarkən Azərbaycanın dövlət və özəl qurumlarının müxtəlif elektron xidmətlərindən (o cümlədən kommersiya fəaliyyəti ilə bağlı elektron xidmətlərdən) istifadə edə bilərlər.
“SİMA İmza”nın təqdim etdiyi bu yeni xidmətlər əcnəbi vətəndaşlar üçün bir çox imkanları daha əlçatan edəcək. Bunun üçün xarici vətəndaşların “SİMA İmza” mobil tətbiqini telefonuna yükləyib yaşayış icazəsi vəsiqəsi ilə qeydiyyatdan keçmələri kifayətdir.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
15:13 / 26 Sentyabr 2026
8
15:02 / 26 Sentyabr 2026
43
15:00 / 26 Sentyabr 2026
41
14:55 / 26 Sentyabr 2026
36
14:52 / 26 Sentyabr 2026
37
14:25 / 26 Sentyabr 2026
54
14:15 / 26 Sentyabr 2026
49
14:11 / 26 Sentyabr 2026
66
14:00 / 26 Sentyabr 2026
46
13:56 / 26 Sentyabr 2026
53
13:43 / 26 Sentyabr 2026
180
13:40 / 26 Sentyabr 2026
55
13:34 / 26 Sentyabr 2026
202
13:25 / 26 Sentyabr 2026
64
13:20 / 26 Sentyabr 2026
61
13:15 / 26 Sentyabr 2026
53
12:54 / 26 Sentyabr 2026
56
12:51 / 26 Sentyabr 2026
56
12:50 / 26 Sentyabr 2026
59
12:44 / 26 Sentyabr 2026
134
12:40 / 26 Sentyabr 2026
54
12:31 / 26 Sentyabr 2026
304
12:30 / 26 Sentyabr 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.