Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99194
az

Tələbələr arasında "Dəmir yumruq" intellektual müsabiqə başlayıb

19:3309 Dekabr, 2023
382
CƏMİYYƏT
  • A

Dekabrın 9-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqə başlayıb.

Üç mərhələdən ibarət müsabiqədə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət Universiteti (BDU), Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Naxçıvan Dövlət Universitetinin (NDU) Hüquq fakültələrinin tələbələrinin komandası yarışır.

Müsabiqəyə təşkilati dəstək Vəkillər Kollegiyasının Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) tərəfindən göstərilir.

Müsabiqənin məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir. Bu intellektual müsabiqə üç mərhələni əhatə edir.

Tədbirdə Kollegiyanın rəhbərliyi, Vəkillər Kollegiyasının Akademiyasının nümayəndələri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunmuş rəhbərləri və 45 tələbə iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. 

Müsabiqədə açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb, 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hər kəsi təbrik edib, ölkəmizdə hüquq sahəsində təşkil edilən yarışların əhəmiyyətini vurğulayıb.

Sədr diqqətə çatdırıb ki, müsabiqə ölkədə əlamətdar hadisəyə - Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Əgər Ümummilli Lider olmasaydı, bugünkü Azərbaycanın şahidi olmayacaqdıq. Ümummilli Liderin hakimiyyətə gəlişindən əvvəl ölkədə hərc-mərclik dövrü yaşanırdı, eyni zamanda siyasi, sosial-iqtisadi vəziyyət çox ağır idi. Ulu Öndərin xalqın qətiyyətli təkidi ilə Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyulub, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atılıb.

Anar Bağırov Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalandığını, Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini dilə gətirib.

Azərbaycanın post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri olduğunu bildirən sədr ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktların, çoxsaylı sərəncamlar və digər sənədlərin qəbul edildiyini, heç bir dövlət qurumunun vəkillik fəaliyyətinin işinə müdaxilə edə bilmədiyini, qanunla da bu məsələ həllini tapdığını, o cümlədən hazırda vəkillik fəaliyyəti yeni dövrünü yaşayaraq inkişaf etdiyini vurğulayıb. Bu da Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.

Tədbirdə Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli çıxış edərək, iştirakçılara uğurlar arzulayıb, yarışın əhəmiyyətindən danışıb, müsabiqənin reqlamenti və qaydalarını izah ediblər.

Daha sonra müsabiqəyə start verilib və 9 komandada 5 tələbə olmaqla 90 dəqiqə ərzində 45 test sualı cavablandırılıb. Birinci mərhələnin sonunda komandaların cavabları yoxlanılıb, qaliblər elan edilib.

Beləliklə, 42 bal toplayan Milli Aviasiya Akademiyası birinci, hərəyə 41 bal yığan Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət İdarəçilik Akademiyasının komandaları ikinci, üçüncü və dördüncü yerlərdə qərarlaşaraq, növbəti mərhələyə adlayıblar.

Məlumat üçün bildirərək ki, NDU-nun komandasının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunub.

Xatırladaq ki, müsabiqənin ikinci mərhələsi dekabrın 16-da, final yarışı isə dekabrın 23-də təşkil ediləcək.

Sonda qaliblər mükafatlandırılacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ