Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99046
az

Azərbaycanda 7,5 bal gücündə ZƏLZƏLƏ OLACAQ? - Seysmoloqdan VACİB AÇIQLAMA

11:3007 Dekabr, 2023
237
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda güclü zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.  Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.  

Qeyd edək ki, bir müddət əvvəl ölkəmizdə səfərdə olan türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda mümkün zəlzələ ehtimalından danışmışdı. Şəhərdə gəzinti zamanı jurnalistlərə açıqlama verən geoloq bildirib ki, Azərbaycan seysmoaktiv zonada yerləşir. Onun sözlərinə görə, Azərbaycanda zəlzələnin maqnitudasının 7,5 bala qədər olma ehtimalı var.

Bu gün olanlar isə Celal Şengörün Azərbaycan haqqında dediklərini yenidən gündəmə gətirib. İnsanlar təşviş içində qorxuya düşüb.

Məsələ ilə bağlı AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev bildirib ki, baş verən zəlzələləri normal qarşılamaq lazımdır:

"Təşvişə düşməli deyilik, çünki bizim yaşadığımız coğrafi məkan zəlzələlərin aktiv olduğu ərazilərdir. Düzdür, bizim Yaponiya kimi düşüncəmiz, təcrübəmiz olmadığı üçün zəlzələlərə çox davamlı binalar tikmirik. Buna görə də, bir zəlzələ olan kimi o dəqiqə hay-küy qopur. Burada o qədər də qorxulu bir şey yoxdur. Zəlzələ dənizdə olub və dənizdə olan zəlzələlərin də bura daha az təsiri olur. Bundan qorxuya düşməyə ehtiyac yoxdur. Zəlzələyə normal bir tabiət hadisəsi kimi baxmalıyıq".

Seysmoloq qeyd edib ki, zəlzələ baş veribsə, yenidən qayıdacaq, amma bu yüngül təkanlarla hiss olunacaq.  Onun sözlərinə görə, baş verəcək xırda titrəşimlər seysmoloji stansiyalarda qeydiyyata düşəcək: "Amma yenə baş verəcək zəlzələni bizim hiss etmə ehtimalımız çox azdır. Tarix boyu Bakı şəhərində çox güclü və ya dağıdıcı gücə sahib olan zəlzələ baş verməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
Dünyada 2, bizdə isə 6 manat: Azərbaycanda bu məhsulu əhaliyə niyə 3 dəfə baha satırlar?
İsrail İranın nüvə obyektlərini vurmalıdır - Tramp

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakı-Quba yolunda “BMW X5” aşdı - 2 nəfər öldü