Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98995
az

Kiyev seçim qarşısındadır: savaş dayanacaq?

10:2606 Dekabr, 2023
189
CƏMİYYƏT
  • A

İlkin mərhələdə Rusiya "xüsusi əməliyyat" adı altında Ukraynaya müdaxiləni 72 saatlıq bir müddətə planlaşdırmış olsa da, artıq müharibənin 651-ci günüdür. Hər iki tərəfin müharibə ilə bağlı hesabları özünü doğrultmadı.

Bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev Ukrayna-Rusiya müharibəsinin hazırkı gedişatında tərəflərin üstünlük məsələsinə münasibət bildirərkən deyib.

Ekspert vurğulayıb ki, müharibə "sürünən faza"ya keçib:

"İlkin mərhələdə 31 ölkənin gücü ilə Ukrayna Silahlı Qüvvələrini dəstəkləyən Şimali Atlantika Alyansı hazırda Ukraynanı siyasi hərbi hədəflərinə çatdıra bilməyib. Kiyevin məqsədi bu idi ki, böyük güclərin dəstəyi ilə 91-ci ilin sərhədlərinə çıxa bilsinlər. Bu, baş verməyib. Rusiyanın da siyasi hərbi hədəfi o idi ki, Ukraynanın Donetsk, Luqansk kimi bir neçə şəhərlərini nəzarətinə qaytarsın. Müharibənin hazırkı gedişatı Rusiyanın üstünlük əldə etdiyini göstərir. USQ-nin əks-hücum əməliyyatlarının uğurlu olmamasından istifadə edən Rusiya lokal taktiki qruplar səviyyəsində döyüşləri öz lehinə çevirə bilib. Qarşıdan qış gəlir. Müharibənin gedişatına hava şərtləri də təsir edir. Bununla da Ukrayna Baş Qərargahı və Kiyevi dəstəkləyən hərbi beyin mərkəzləri belə nəticəyə gəlirlər ki, Ukrayna ordusu verilən dəstəyi doğrulda bilmir. Ukrayna bunda müttəfiqləri tərəfindən kifayət qədər hərbi-texniki dəstəyin verilməməsini səbəb göstərir. Müttəfiqləri isə hesab edir ki, USQ-nin şəxsi heyəti müharibəni aparmağı bacarmır. Həmçinin, Ukraynanın rəhbərliyində, xüsusən, prezidentlə baş komandan arasında çox böyük münaqişə də yaranıb. Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı Zelenskidən tələb edir ki, hədəflərə çatmaq üçün hərbi-texniki təminatı həyata keçirsin. Ukraynanın mütəfiqləri isə bunu edə bilmir".

Mütəxəssis bildirib ki, ikinci cəbhənin yaranması da Ukrayna-Rusiya müharibəsinə təsir edən amillərdəndir:

"Ukrayna üçün fors-major vəziyyət yarandı. İkinci cəbhənin açılması - HƏMAS-ın İsrailə hücumundan sonra artıq Ukraynanı dəstəkləyən qüvvələr o cəbhəyə də yardım etməyə məcbur oldu. Həmçinin Ukraynanı dəstəkləyən siyasi hərbi beyin mərkəzləri düşünürdülər ki, Rusiyaya sanksiya tətbiq etməklə onları geri çəkilməyə məcbur etmək olacaq. Bu hesabları da özünü doğrultmadı. Sanksiyalar Rusiyanın iqtisadiyatına və maliyyə gəlirlərinə ciddi təsir etmədi".

Rusiyanın digər üstünlüklərinə diqqət çəkən ekspert vurğulayıb ki, Ukraynanı dəstəkləyən güclər Kiyevi Moskva ilə danışıqlar masasına oturtmağa çalışacaq:

"Güc nisbətində əhalinin sayı da mühümdür. Rusiya ordunun sayını 1,3 milyon nəfərə qədər qaldırdı. Uzun müddətə Rusiyanın resursları müharibəni davam etdirməyə uyğun görünsə də, Ukrayna haqqında bunu demək mümkün deyil. Bu səbəbdən Ukraynanın müttəfiqləri üstüörtülü şəkildə Kiyevi təslimçiliyə çağıracaq. Masaya oturmaq üçün də müharibə dayandırılıb, atəşkəs rejiminə keçilməlidir. İndi vəziyyət elədir ki, qış kampaniyasından sonra tərəflər vəziyyətin necə olacağına qərar verəcək. Hər bir halda müharibəni dayandırmaq Kiyev üçün torpaq itkisi ilə nəticələnəcək. Rusiyanın da itkiləri var, amma Moskva üçün bu itkilərin yerini doldurmaq daha rahatdır. Odur ki, bu müzakirələr müharibənin dayandırılmasına doğru gedir. Artıq müttəqfiqlər də Ukraynanı əvvəlki qədər dəstəkləyə biləcəyinə dair mesajlar vermədiyi üçün Ukrayna xalqı ikiyə bölünüb. Düşünürəm ki, bu, hökumətin vəziyyətinə də, qərarlarına da təsir edəcək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hamının zərərli bildiyi bu içki əslində xərçəng riskini 50% azaldır
Evlərə günəş panelləri quraşdırılmaq neçəyə başa gəlir? - VİDEO
Azərbaycanda kərə yağı YENƏ BAHALAŞDI

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu