Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9895
az

Yemək zamanı su içək, yoxsa içməyək? – Diyetoloqların yalanı...

18:2813 Fevral, 2019
899
  • A
 Yeməklə su içib-içməməklə bağlı həmişə təzadlı fikirlər səsləndirilir. Bir çox dietoloqlar və sağlam qidalanma mütəxəssisləri bildirirlər ki, yemək zamanı qətiyyən su içmək olmaz. Çünki bu zaman mədə şirəsi durulur ki, bu da turşuluğunu azaldaraq həzm prosesinə pis təsir edir.

Oxu24.com xəbər verir ki, alimlərin fikrincə, həzm prosesi mədədə deyil beyində başlayır: insan dadlı bir qida haqda düşündükdə ağız suyu ifraz olunur. Qidanı çeynəyərkən yumşalıb mədəyə düşməsi üçün  o ağız suyunun tərkibində olan fermentlərlə qarışır. Daha sonra isə prosesə mədə şirəsi qoşulur.
 
Qəbul edilən qidanın tamamilə həzm olunaraq maye halına – humusa çevrilməsi üçün orta hesabla 3-4 saat tələb olunur. Həmin humus mədədən bağırsağa keçərək tərkibində olan qidalı maddələri orqanizmə verir.

Əgər qida mədədə 3-4 saat qalırsa, 300 ml su orda cəmi 10 dəqiqə qalır. Əgər insan yemək yeyərkən su içərsə, o zaman yediyi qida həzm kanalından qısa bir müddətdə keçəcək.

Yemək zamanı içilən su mədə şirəsini durulaşdırmır və fermentləri zəiflətmir. Əksinə, onların öz işlərinin öhdəsindən gəlməsinə kömək edir. Fermetlər maye fazada işləyirlər, bu fakt həzmdən sonra qidalı maddələrin qana sovrulmasını təmin edir.

Hətta quru yemək yesəniz belə, orqanizm lazım olan miqdarda mayeni mədəyə və bağırsağa ifraz edəcək.
 
İnsan orqanizmi mükəmməl bir sistemdir. Hətta insan bir balon su içsə belə o mədə turşuluğuna təsir edə bilməz. Əgər mədə hiss etsə ki, qidanı həzm edə bilmir, o halda əlavə olaraq ferment ifraz edir və mədə şirəsinin turşuluğunu artırır.
 
Su doğru zamanda içildikdə bədənə heç bir zərər vermir. Əksinə maye quru qidanı yumşaltmağa və daha yaxşı həzm olunmağa kömək edərək qidalı maddələrin qana sovrulmasını sürətləndirir.
 
Yemək yeyərkən yaxşı olardı ki, qidanı tam çeynəyərək tamamilə seliklə qarışmasına şərait yaradın. Yalnız bundan sonra su içmək olar.  
Bir müsbət tərəf də var: insan yemək yeyərkən su qəbul etdikdə yeməyə fasilə verir ki, bu da doyma hissinin yaranmasını təmin edir.

Əgər siz yeməyi su ilə deyil çayla içməyə öyrəşmisinizsə, bunun heç bir fərqi yoxdur. Maye həzm sisteminin işinə eyni dərəcədə təsir göstərir. Burda həzm sisteminin fəaliyyətinə təsir göstərəcək amil mayeni temperaturudur. O turşuluğu və həzmin sürətini artırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmtahan cavablarını buradan yoxlaya bilərsiz
Azərbaycanda güclü zəlzələ təhlükəsi var? - RƏSMİ AÇIQLAMA - VİDEO
Benqal pişiyini saxlamaq neçəyə başa gəlir?

Türk alimdən xəbərdarlıq: Dəhşətli istilər gəlir...

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü