Telefonun batareya ömrünü azaldan bu vərdişdən qurtulun
11 Mart 2025, 09:15
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
321
03.12.2023, 10:02
Son illər daha baxımlı görünmək üçün qadınlar tez-tez estetik cərrahi əməliyyatlara üz tuturlar. Burun əməliyyatları siyahıda üstünlük təşkil edir. Küçədə bir-birinə oxşayan qadınların sayı artıb. Əvvəllər kompleksləri aşmaq üçün edilən əməliyyatlar artıq bədənə çoxsaylı müdaxilələrlə yekunlaşır.
Maraqlıdır, ətrafda bir-birinə oxşayan qadınların çoxalması, estetik əməliyyatların kütləviləşməsi hansı psixoloji fəsadlara yol aça bilər?
Milli.Az xəbər verir ki, psixoloq Fuad Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O, məsələyə belə yanaşıb:
"Qadınlar üçün gözəllik standartları hər zaman mövcud olub. Qədim zamanlarda sinə və çanaq hissəsi böyük olanlar, həmçinin "balıq ətli" kimi təqdim edilənlər gözəl qadın hesab edilirdi. XII-XIII əsrlərdə ağdərili və ortaçəkili qadınlar gözəl hesab edilirdisə, renessans (intibah) dövründə bu standartlar kiçik sinə və daha dolu görüntü ilə əvəz olundu. Çiçək xəstəliyi yayıldıqdan sonra isə qadınlar makiyaj istifadə etməyə başladılar. XIX əsr Viktoriya dövründə qadınların korset istifadə etməsindən sonra incə belli olmaq dəbə mindi.
Bugünkü gözəllik standartları bütün solçu və feminist etirazlara rəğmən hələ də öz varlığını qorumaqdadır. İncə burun, dolğun dodaqlar, arıq vücud və s. Tarixin bütün dövrlərindəki bu tendensiyanı belə ifadə edə bilərik.
"Başqası kimi olmağa çalışmaq". Bu, ən asan işdir. Qarşında hazır rol model və gözləntilərlə dolu cəmiyyət var və sən bilirsən ki, nə etmək lazımdır. Makiyaj, geyim və cərrahi əməliyyatlar sənin xidmətindədir".
Həmçinin oxuyun
Psixoloq qeyd edib ki, xüsusilə, modern dövrdə kapitalizmin qurduğu tələlərlə insanların beyninə mövcud standartları yerləşdirmək daha asandır:
"Media və reklamlar bizə Monika Bellucini, Skarlet Yohansonu, Elizabet Olseni, Cennifer Lourensi göstərir və deyir ki, əsl qadın belə olmalıdır, əgər belə deyilsinizsə, belə olmağa çalışın. Bunun üçün də makiyaj və əməliyyatlar var. Bəzi hallarda isə tətbiqlərdəki effektlər...
Ən böyük problem odur ki, insanlar fərqli olmaq fürsətindən imtina edirlər. Özlərinə görə utanırlar və özləri olduqları üçün özgüvənsiz olurlar. Mən demirəm ki, kiminsə üzündə və ya bədənində konkret bir qüsur varsa, o, bunu dəyişməyə çalışmamalıdır. Bu, tamamilə başadüşülən bir haldır. Bəlkə də, bir az "abilist" ifadə kimi görünə bilər, amma empatiya qursaq, kimsə əyri burunla və ayaqlarla yaşamaq istəməyə bilər. Lakin şəxs sırf dəbə ayaq uydurmaq və gözəllik standartlarında olmaq üçün minlərlə manat xərc çəkirsə, burada irrasionallıq var".
Psixoloqun fikrincə, sözügedən nüansda özgüvən əskikliyindən tutmuş, bədən dismorfik pozuntusu və depressiya kimi ağır psixoloji problemlərə rast gələ bilərik:
"Qadınların əksəriyyəti düşünür ki, nə qədər arıq olsalar, bir o qədər gözəl olacaqlar. Beləliklə, yeməkdən imtina etməyə və ya yediklərini qaytarmağa çalışırlar. Bu artıq anoreksiya deyilən başqa bir psixoloji problemdir.
Uzun sözün qısası, gözəl olmağı arzulamaq və buna çalışmaq pis bir şey deyil. Amma gözəl olmaq üçün insan öz fərqliliyindən, sağlamlığından və rahatlığından imtina edirsə, bu, böyük problemdir. Təəssüf ki, kapitalizmin və modernizmin yaratdığı tendensiya da məhz budur".
02:59 / 11 Mart 2025
Sahurda alma sirkəsi İÇİN
1
23:20 / 10 Mart 2025
Banklar depozit fazilərini niyə artırır? - VİDEO
30
22:59 / 10 Mart 2025
Suriyanın yeni hakimiyyət orqanları Rusiya ilə parçalanmağa imkan verməyəcək
44
22:29 / 10 Mart 2025
Dırnaq göbələyini məhv edir
42
22:10 / 10 Mart 2025
1,6 mindən çox miqrant Rusiya vətəndaşlığını itirib
36
21:59 / 10 Mart 2025
ABŞ Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda danışıqlar aparacaq
46
21:54 / 10 Mart 2025
Zelenski Ağ Evdəki qalmaqala görə Trampdan üzr istəyib
87
21:20 / 10 Mart 2025
Ramazanın 11-ci gününün duası - İmsak və iftar vaxtı
54
21:19 / 10 Mart 2025
"Yalnız arqılmaq niyyəti ilə oruc tutmaq məqbul sayılmır" - İlahiyyatçı ilə MÜSAHİBƏ
6712
21:07 / 10 Mart 2025
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
57
20:29 / 10 Mart 2025
Vladimir Putin onu “Dostluq” ordeni ilə təltif edib
4600
20:25 / 10 Mart 2025
Lukaşenko Rusiya haqqında sazişi təsdiqləyib
60
20:22 / 10 Mart 2025
ABŞ Putinlə Trampın görüşünün tarixinin hələ müəyyən edilmədiyini bildirib
64
19:57 / 10 Mart 2025
Sahil Babayev dəyişikliyə başladı
89
19:43 / 10 Mart 2025
Afət Fərmqnızından şok sözlər: "Belə əxlaqsızları toya çağırmayın" - VİDEO
604
19:30 / 10 Mart 2025
Ağ Evin yanında ŞOK ƏMƏLİYYAT: Agentlər tərəfindən ÖLDÜRÜLDÜ
64
19:11 / 10 Mart 2025
Tramp Çinə gedir
72
19:07 / 10 Mart 2025
Zelenski Səudiyyə Ərəbistanına gedib
68
19:00 / 10 Mart 2025
Alla Puqaçova adam öldürtmək istəyib? - ŞOK İDDİA
104
18:58 / 10 Mart 2025
Rusiya qırıcılarının Çinə satışı səhv adlandırılıb
74
18:36 / 10 Mart 2025
Palma yağı bahalaşdı
74
18:31 / 10 Mart 2025
Nurdan ev dustaqlığına buraxıldı
92
18:18 / 10 Mart 2025
17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı - Foto
91
17:59 / 10 Mart 2025
SON DƏQİQƏ! Aktyorun vəziyyəti ağırdır
687
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.