Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98860
az

Aytəkin Alxaslı 12 il əvvəl yıxıldığı skuterə yenidən mindi - VİDEO

23:1902 Dekabr, 2023
262
  • A

2011-ci ilin 2 dekabr günü ömürlük yaddaşıma yazılıb. Qusarda "Ləzə" sərhəd zastavasının açılışında  skuter sürmək istəyimin texniki bacarıqsızlığım səbəbindən yıxılmağımla nəticələndiyini bütün xalqımız bilir, desəm, yəqin ki, yanılmaram.

Yeri gəldi-gəlmədi sosial şəbəkələrdə yayılan videogörüntülər, hər dəfə Allahın məni necə qoruduğunu, ölümdən döndüyümü xatırladır. O hadisədən sonra həmişə yenidən bu maraqlı nəqliyyat vasitəsini idarə etmək barədə düşünürdüm. Bu il oktyabrın 17-də DSX rəhbərliyindən dekabrın 2-də Ləzə zastavasına getmək üçün icazə aldım.

Elə həmin vaxtdan etibarən, səbirsizliklə bu günü, dekabrın 2-ni gözləyirdim ķi, yenə gedim, skuter sürüm...

Artıq 12 ildən sonra həmin zastavada - həmin skuterin yanındayam. Həmin skuterə əyləşmişəm. Təəssüf ki, skuteri idarə edə bilmirəm. Çünki hər ilin bu vaxtları dizəcən qar olan Ləzə kəndində indi cəmi 3-4 sm qar var. O da yolların kənarında, yamaclarda qalıb.

Skuteri adətən qarlı havada idarə edirlər. Bu səbəbdən "dəmir" dostuma bu dəfə yalnız əyləşməklə kifayətləndim. Qlobal istiləşmə, iqlim dəyişikliyi özünü bu dağ kəndində də göstərir. Həmişə yolları buzlu, sürüşkən olan Ləzə yolunda indi quru asfalt görünür. Yalnız kəndarası yolların kənarında orda-burda bir neçə gün əvvəl yağan qar gözə dəyir.

Dünyada qlobal istiləşmə ilə bağlı müzakirələrin getdiyi vaxtda mən də bu dağ kəndində iqlim dəyişikliyini əyani olaraq gördüm.

Müşahidə edilən günəşli, eyni zamanda bir qədər şaxtalı hava həqiqətən qlobal istiləşmə fonunda təbiətin dəyişkən sürprizidir. Bununla belə, sinoptiklər bu il qışın sərt keçəcəyinin proqnozunu verirlər.

Bu əraziyə, Şahdağ massivinə güclü qarın yağacağı da şübhəsizdir. Burada xidmət edən sərhədçilər isə daim xidmət başındadırlar. Qarın yağıb yağmamasından, hava şəraitindən asılı olmayaraq sərhədçilər dövlət sərhədini ayıq-sayıqlıqla mühafizə edir, qoruyurlar.

Təəssüf ki, sərhədçilərin skuteri idarə etmələrini də özümüz kimi qar olmadığından müşahidə edə bilmədik.

Bildirildi ki, yalnız güclü qar olarkən bu nəqliyyat vasitəsindən istifadə edilir.

Beləliklə, təbiətin qəribə sürprizi mənim bu texniki bacarığımı yenidən nümayiş etdirməyimə imkan vermədi. Həm də bu gün bu qənaətə gəldim ki, skuter idarə etmək mənlik deyil. Bu işin öz peşəkarları-dağ sərhədçiləri var. Mənim işim isə gördüklərimi yazmaqdır...

Aytəkin Alxaslı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi