Qar yağacaq - PROQNOZ
29 Noyabr 2026, 12:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
459
02.12.2023, 20:00
Amerikalı milyarder İlon Maskın "Tesla" şirkəti "Cybertruck" pikapının kütləvi satışına başlayıb. Elektrikli pikapın ən ucuz versiyası 60 990 dollara (103,5 min manat) başa gələcək ki, bu da 2019-cu ildə vəd edilən 40 min dollardan (68 min manat) xeyli çoxdur.
OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, Pikapın ən güclü versiyası olan "Cyberbeast", eləcə də tam ötürücülü versiyaları 2024-cü ildən başlayaraq müştərilərə müvafiq olaraq 100 min dollar (170 min manat) və 80 min dollarlıq (136 min manat) başlanğıc qiymətlərlə təqdim olunacaq.
Şirkətdən verilən məlumata görə, avtomobil 1,5 tondan çox yük daşıya, 96 km/saat sürəti 2,9 saniyəyə yığa və bir akkumulyatorun doldurulması ilə 800 km məsafə qət edə biləcək.
"Cybertruck" sifarişləri artıq 2 milyona çatıb.
Qeyd edək ki, "Cybertruck"ın imkanlarının sərgiləndiyi videoda Mask pikapın pulemyotla atəşə tutulma anını göstərib. Kadrlarda maşının gövdəsi əzilsə də, deşilmədiyi görünür.
Bundan əvvəl "Tesla" şirkəti pikapı oxla sınamasının görüntülərini paylaşmışdı.
15:24 / 29 Noyabr 2026
1
12:43 / 29 Noyabr 2026
262
12:03 / 29 Noyabr 2026
132
12:00 / 29 Noyabr 2026
154
11:33 / 29 Noyabr 2026
150
10:55 / 29 Noyabr 2026
154
10:25 / 29 Noyabr 2026
266
10:24 / 29 Noyabr 2026
573
10:00 / 29 Noyabr 2026
334
09:58 / 29 Noyabr 2026
169
09:54 / 29 Noyabr 2026
162
09:15 / 29 Noyabr 2026
176
01:31 / 29 Noyabr 2026
264
01:22 / 29 Noyabr 2026
249
00:11 / 29 Noyabr 2026
367
23:56 / 28 Noyabr 2026
736
23:47 / 28 Noyabr 2026
294
23:36 / 28 Noyabr 2026
1067
23:13 / 28 Noyabr 2026
293
22:57 / 28 Noyabr 2026
280
22:29 / 28 Noyabr 2026
300
22:11 / 28 Noyabr 2026
293
22:01 / 28 Noyabr 2026
283
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.