Qar yağacaq - PROQNOZ
29 Noyabr 2026, 12:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
496
01.12.2023, 15:27
Pensilvaniya Dövlət Universitetinin alimləri ana ulduzu üçün çox böyük olan planetin kəşf edildiyini bildiriblər.
Oxu24.com xəbər verir ki,“Science” jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, onun mövcudluğunu planetlərin formalaşmasının klassik modellərindən istifadə etməklə izah etmək mümkün deyil.
Ekzoplanet LHS 3154b, ən soyuq ulduzların ətrafında fırlanan və səthində maye su ola biləcək planetləri axtarmaq üçün nəzərdə tutulmuş HPF spektroqrafından istifadə edilməklə kəşf edilib.
Bu planetlər Yer və Günəşlə müqayisədə ana ulduzlarına daha yaxındırlar.
Daha qısa məsafə, eləcə də sərin ulduzların aşağı kütləsi, ulduzun emissiyasında fərqli Doppler sürüşməsinə səbəb olur və bu, planetin varlığını göstərir.
LHS 3154b Neptun ölçüsündədir, Yerdən 13 dəfə böyükdür və Günəşin kütləsindən doqquz dəfə çox olan ultra sərin cırtdan ulduz LHS 3154-ün orbitində fırlanır.
Ekzoplanetin orbital dövrü 3,7 gündür. Bu ekzoplanetin və ana ulduzun kütlələrinin nisbəti Yer və Günəşin kütlələrinin nisbətindən 100 dəfədən artıqdır.
Ulduzlar böyük qaz və toz buludlarından əmələ gəlir, onlardan protoplanetar disklər də əmələ gəlir. Az kütləli ulduz LHS 3154-ün ətrafındakı diskin belə böyük planet yaratmaq üçün kifayət qədər materiala malik olması gözlənilmir. LHS 3154b-nin mövcudluğu nə yığılma ssenarisi, nə də qravitasiya qeyri-sabitliyi ssenarisi ilə izah edilə bilməz. Modellər nümayiş etdirdi ki, Neptuna bənzər planetlər yalnız protoplanetar diskin toz kütləsi çox az kütləli ulduzlar ətrafında müşahidə ediləndən daha böyük miqyasda olarsa əmələ gəlir.
Akkresiya ssenarisi planetin nüvəsinin böyüməsinin protoplanet disk mühitindən keçərkən materialın yığılması ilə baş verdiyini güman edən bir ssenaridir. Qravitasiyanın qeyri-sabitliyi ssenarisinə görə, ən çox materialın toplandığı ərazilər qonşu bölgələrə daha çox qravitasiya təsiri göstərərək, ətrafdakı materialı əhəmiyyətli miqdarda cəlb edəcək. Birinci variant qayalı planetlərin, ikincisi - qaz nəhəngi planetlərin meydana çıxmasını izah edir.
Müəllif:Nigar
15:24 / 29 Noyabr 2026
1
12:43 / 29 Noyabr 2026
262
12:03 / 29 Noyabr 2026
132
12:00 / 29 Noyabr 2026
154
11:33 / 29 Noyabr 2026
150
10:55 / 29 Noyabr 2026
154
10:25 / 29 Noyabr 2026
266
10:24 / 29 Noyabr 2026
573
10:00 / 29 Noyabr 2026
334
09:58 / 29 Noyabr 2026
169
09:54 / 29 Noyabr 2026
162
09:15 / 29 Noyabr 2026
176
01:31 / 29 Noyabr 2026
264
01:22 / 29 Noyabr 2026
249
00:11 / 29 Noyabr 2026
367
23:56 / 28 Noyabr 2026
736
23:47 / 28 Noyabr 2026
294
23:36 / 28 Noyabr 2026
1067
23:13 / 28 Noyabr 2026
293
22:57 / 28 Noyabr 2026
280
22:29 / 28 Noyabr 2026
300
22:11 / 28 Noyabr 2026
293
22:01 / 28 Noyabr 2026
283
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.