27 SENTYABR – Əbədi Vüsalın ildönümüdür — ÖZƏL
27 Sentyabr 2026, 01:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
489
30.11.2023, 10:34
Azərbaycanda bu qışın sərt keçəcəyi gözlənilir. Artıq Bakı Şəhər İcra Hakimiyyəti yerli icra strukturları ilə birlikdə qışa hazırlıq müşavirələri keçirir, hazırlıq prosesi dəyərləndirilir.
Qışın sərt keçməsi bir qrup insan üçün xüsusilə təhlükəlidir ki, söhbət küçədə səfil həyatı yaşayan, evsiz insanlardan gedir.
Bakıda əvvəlki illərdə evsizlər üçün soyuq və qarlı havalarda müvəqqəti çadırlar quruşdırılaraq isti yerə, yeməyə ehtiyacı olanlar yerləşdirilib.
oxu24.com xəbər verir ki, sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov Cebhe.info-un sorğusuna cavabda bildirib ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər, eləcə də baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir:
"Artıq bir neçə ildir ki, çadırları belə müəssisələr əvəzləyir. Ötən qış mövsümündə olduğu kimi, bu qış mövsümündə də kəskin hava şəraitinin olması səbəbindən faktiki vəziyyətdə sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.
Sosial Sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə Nazirliyin 142 - Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermək olar. Sığınacaqlara yerləşdiriləcək şəxslər burada ilk növbədə tibbi müayinə olunduqdan sonra yataqla, yeməklə təmin olunacaqlar. Onlara zəruri sosial-məişət xidmətləri göstəriləcək".
Həmsöhbətimiz hələlik bu mövsüm evsiz insanlardan müraciət daxil olmadığını deyib:
"Qaydalara əsasən, sığınacaqlara qəbul sənədlər əsasında aparılır. Amma məhz kəskin soyuqlarda, qarlı-şaxtalı havalarda sənəd tələb edilmədən ehtiyacı olan şəxslər bu müəssisələrə yerləşdirilirlər".
01:36 / 27 Sentyabr 2026
1
01:03 / 27 Sentyabr 2026
74
00:54 / 27 Sentyabr 2026
42
00:37 / 27 Sentyabr 2026
382
00:20 / 27 Sentyabr 2026
49
00:06 / 27 Sentyabr 2026
56
23:58 / 26 Sentyabr 2026
210
23:09 / 26 Sentyabr 2026
74
22:54 / 26 Sentyabr 2026
564
22:48 / 26 Sentyabr 2026
78
22:16 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
64
21:58 / 26 Sentyabr 2026
75
21:50 / 26 Sentyabr 2026
84
21:40 / 26 Sentyabr 2026
69
21:30 / 26 Sentyabr 2026
84
21:15 / 26 Sentyabr 2026
73
21:04 / 26 Sentyabr 2026
132
20:14 / 26 Sentyabr 2026
94
20:00 / 26 Sentyabr 2026
750
19:44 / 26 Sentyabr 2026
97
19:26 / 26 Sentyabr 2026
82
19:11 / 26 Sentyabr 2026
487
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.