Bank kartlarına daha bir məhdudiyyət gəldi – Oktyabrın 1-dən etibarən…
27 Sentyabr 2026, 08:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
440
24.11.2023, 16:08
Dilimizdə "Qara Cümə" kimi adlanan "Black Friday" ənənəsi artıq uzun illərdir ki, ölkəmizdə də məşhurlaşan və insanların səbirsizliklə gözlədiyi bir hadisədir. Bəs, bu "Qara Cümə" nə məna verir?
OXU24.COM istinadən sizə "Black Friday"in qısa tarixçəsini təqdim edir:
"Qara Cümə" Amerikada noyabr ayında qeyd olunan şükran günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri şükran günündən sonrakı gün ABŞ-ın yeni il alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Ancaq "Qara Cümə" termini son əsrlərə qədər elə də çox populyar deyildi. Həmin gün bir çox mağazalarda böyük endirimlər təqdim edilir və ticarət mərkəzlərinin açılışı çox erkən saatlarda, hətta gecə yarısı belə başlayıb, gecə saatlarına qədər davam edir. Hətta bəzi məşhur şirkətlər öz məhsullarına 80%-ə qədər endirim edirlər.
Xatırladaq ki, "Black Friday" əslində rəsmi bir tətil deyil. Ancaq həmin gün Kaliforniya da daxil olmaqla Amerikanın digər bir neçə ştatında dövlət işçiləri üçün "Şükranlıqdan sonrakı gün" adı altında iş günü hesab olunmur. Məktəblərdə, bağçalarda və bir çox iş yerlərində isə həm Şükran günü, həm də ondan sonrakı cümə tətil elan olunur. Bununla da şənbə və bazar da daxil olmaqla dörd günlük tətil olur.
Bu endirim günü ilk dəfə 1961-ci ildə qəzetlərdə "Qara Cümə" kimi qələmə verilib. Çünki həmin gün Amerikanın Filadelfiya şəhərində alış-veriş zamanı çoxlu tıxac, sıxlıq baş vermişdi. Bu hadisə nəticəsində isə yüzlərlə insan xəsarət almışdı. Elə o gündən də bu günün adı "Black Friday" deyə yaddaşlarda qalıb.
"Black Friday" MDB ölkələrində ən çox Rusiyada qeyd olunur. Kanada və İngiltərədə də bu endirim günü keçirilir və Amazon kimi onlayn alış-veriş saytları da endirimli satışlar həyata keçirirlər.
Son illərdə Azərbaycanda da cümə endirimlərinə rast gəlinir. "Black Friday" artıq ölkəmizdə də xüsusi gün hesab olunur. Belə ki, bir çox mağazalar həmin gündə endirim kampaniyalarına başlayırlar. Bu gün Azərbaycanda iri ticarət mərkəzlərində bir çox markalar endirimlər olacağını artıq şəxsi səhifələrində xəbərdarlıq ediblər.
Bu il "Qara Cümə" 24 noyabra təsadüf edir. Yəni ki, bu gün mağazalarda bir çox məhsullar endirimlərlə satılır. Geyimlər, ayaqqabılar, aksessuarlar, kompüterlər, televizorlar, telefonlar ucuz qiymətə təklif olunur.
Qeyd edək ki, hər il ən çox satılan elektronika məhsulları olur.
08:36 / 27 Sentyabr 2026
20
08:21 / 27 Sentyabr 2026
87
07:53 / 27 Sentyabr 2026
53
07:47 / 27 Sentyabr 2026
51
01:36 / 27 Sentyabr 2026
905
01:03 / 27 Sentyabr 2026
224
00:54 / 27 Sentyabr 2026
74
00:37 / 27 Sentyabr 2026
1303
00:20 / 27 Sentyabr 2026
88
00:06 / 27 Sentyabr 2026
90
23:58 / 26 Sentyabr 2026
419
23:09 / 26 Sentyabr 2026
109
22:54 / 26 Sentyabr 2026
796
22:48 / 26 Sentyabr 2026
236
22:16 / 26 Sentyabr 2026
84
21:58 / 26 Sentyabr 2026
80
21:58 / 26 Sentyabr 2026
90
21:50 / 26 Sentyabr 2026
104
21:40 / 26 Sentyabr 2026
84
21:30 / 26 Sentyabr 2026
97
21:15 / 26 Sentyabr 2026
88
21:04 / 26 Sentyabr 2026
143
20:14 / 26 Sentyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.