Qaynar xətt:

(+99450) 247 90 86

TƏBİB: Hepatit A virusuna yoluxma müşahidə edilir

TƏBİB: Hepatit A virusuna yoluxma müşahidə edilir

CƏMİYYƏT

429

24.11.2023, 15:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Hazırda ölkəmizdə bir sıra regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir".

OXU24.COM  xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Yaqut Qarayeva deyib ki, xəstəlik ilkin olaraq özünü ürəkbulanma, halsızlıq, dəridə qaşınma və sonrakı mərhələdə göz ağının saralması ilə müşahidə edilir.

Həkimin sözlərinə görə, ola bilər ki, bir insan hepatit A virusuna yoluxsun, amma bir aydan artıq müddətdə xəstəlik özünü göstərməsin.

Həkim həmçinin qeyd edib ki, hepatit A xəstəliyinin mənbəyi insandır:

"Lakin burada insanın istifadə etdiyi su, qida və əşyalar da rol oynayır. Virus özünü suda çox yaxşı qoruyur. Bu xəstəlikdən qorunmağın yolu şəxsi gigiyena qaydalarına əməl etməkdir".