Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97720
az

Psixi xəstələrin daşınması üçün İtaliyadan Azərbaycana təcili tibbi yardım avtomobilləri gətirilib

11:2611 Noyabr, 2023
142
CƏMİYYƏT
  • A

Azərbaycana psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxslərin daşınması üçün xüsusi təcili tibbi yardım avtomobilləri gətirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bildirilib.

Qeyd olunub ki, bu tip avtomobillərin sayı 3 ədəddir: "Psixiatrik təcili tibbi yardım avtomobillərinin arxa salonu 2 üzbəüz kreslo kilitli remen ilə, arxa şüşələr və salon arakəsmə dəmir barmaqlıqlarla, həmçinin orta salon 4 yerlik (3 nəfər tibbi personal,1 nəfər xəstəni müşayət edən) oturacaq ilə təchiz olunub. İtaliya istehsalı olan avtomobillərin dövlət tibb müəssisələrinə paylanılması nəzərdə tutulub".

Bildirilib ki, agentlik son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması ilə bağlı tədbirləri davam etdirir:

"Agentlik dövlət tibb müəssisələrini yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobilləri satın alıb. Bura 66 ədəd sadə differensiallı, 10 ədəd perinetal küvəzlə təchiz olunmuş, 20 ədəd reanimobil, 1 ədəd portativ rentgen aparatlı və 3 ədəd psixiatrik təcili tibbi yardım avtomobilləri daxildir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güneydə “Ana dilində danışaq” aksiyası başladı - VİDEO
Sahibə Qafarova BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru ilə görüşüb
Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib