Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95512
az

Zaxarova sülhməramlıların öldürülməsini şərh etdi

15:3821 Sentyabr, 2023
135
CƏMİYYƏT
  • A
"Vicdansızların sülhməramlıların fəaliyyətlərini şübhə altına alma cəhdləri və bu nankorluq onların şücaətlərinə kölgə salmayacaq, əksinə böhtançıların üzərinə əbədi rüsvayçılıq ləkəsi düşəcək".
 
OXU24.COM  bildirir ki, bunu sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinə məxsus avtomobilin atəşə tutulması nəticəsində rusiyalı hərbçilərin ölümünü şərh edən Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 
O, qeyd edib ki, İrəvan imzaladığı Üçtərəfli Bəyanatları həyata keçirməyi deyil, "xoşbəxtliyi" NATO və Aİ-də axtarmağı tərcih edib.
 
"Məhz Brüsselin və baş məsləhətçi - Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair Bəyanat qəbul edilib. Burada deyilir ki, Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər. Yəni, Qarabağ Azərbaycanın tərkib hissəsidir", - Zaxarova vurğulayıb.
 
XİN rəsmisi bildirib ki, İrəvanın bu qərarı Qarabağ məsələsinin nizamlanmasında həlledici rol oynayıb.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib