Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92279
az

“Mikayıl Müşfiqi sizin kimilər güllələtdirdilər” - Elza efirdə əsəbiləşdi

22:4506 İyul, 2023
140
CƏMİYYƏT
  • A

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Bu isə müzakirələrə səbəb olub.

OXU24.COM  axşam.az-a istinadən bildirir ki, müğənni "Təsir dairəsi" verilişində qonaq olarkən məsələyə münasibət bildirib:

"Bu mövzu o qədər böyüyüb ki, zəng edib deyirlər bir həftə, 10 gün efirə çıxmayın, görsənməyin, qoy danışsınlar. Cavab verdim ki, olmaz. Hərdən qohumlarım gəlib deyir ki, sənin üstündə kiminləsə dalaşmışıq. Deyirəm, niyə? Musiqinə, şeirinə nəsə dedi, başladım onunla dalaşmağa. Cavab verirəm ki, düz etməmisiniz, siz onlara izah edin. O oxucudur, dinləyicidir, başa düşmür. Vaqif İbrahimoğlu (red. aktyor) söyləyirdi ki, biz hamımız baxırıq, amma hamımız görə bilmirik. Xüsusən də yaradıcı insanlar. Bu yaxınlarda Əşrəf Heybətova (red. Xalq rəssamı) biri sual verib ki, burada nə çəkmisiniz? Bir əsəbiləşdi ki, sən fikirləş orada nə çəkmişəm. Mən çəkmişəm, onu sən tapmalısan. Öz şeirlərim də var. Bir şeirim var, "Yorğun olanda mənimlə məzələn, soy əynini, tök ruhunu təzələn". Başa düşməyənlər indi məzələnirlər, axırda gəlib həqiqəti tapacaqlar". 

Proqramın aparıcısı Lalə Azərtaş ondan "Ağzını tikim" sözü niyə misrada yer almalıdır" deyə, soruşub.  Həmçinin, aparıcı Elzaya şeirlərini anlaya bilmədiyini deyib. İfaçı onun sualını belə cavablayıb:

"Mən heç vaxt açıqlamıram. Ramiz Rövşənin "Dünyanın tfu üzünə" misraları (red. "Dərd" şeirində) var. Soruşaq ondan ki, "tfu" sözünü niyə demisən. O, bizim şairimizdir. Mən onu təhlil edirəm, müqayisə aparmıram. İndi mən də deyim ki, Məhəmməd Füzuli şeirlərində nə demək istəyib?".

Elza fikirləri ilə razılaşmayan verilişin qonaqlarına əsəbiləşib və onlarla mübahisə edib:

"Ətin kəfini" misal göstərirsiniz. O şeirimi rus dilinə tərcümə ediblər. "Qazanım aşdı, kəfini yedim", bilirsiniz nədir? Kasıbın necə kasıb olmağıdır. Varlı qazan aşanda yeyir. Kasıb isə kəfini də, içini, dibini də yeyir, deşir də. Kəfkir çıxır qazandan və o deşikdən röyaya baxır, həsrətini çəkir varlı evlərin. Siz onun fəlsəfəsini tapmalısınız. Mən nə edim ki, siz beyninizi düşündürmürsünüz. 

Kəfkiri Füzuli yox, Elza yazıb. Seyid Əzim Şirvanini məsciddə öldürdülər. Mikayıl Müşfiqi 29 yaşında sizin kimi düşünən insanlar güllələtdirdilər. Füzuli o vaxt kasıbçılıqdan vəba xəstəliyinə görə özünə dərman da ala bilməyib".  

Elza L.Azərtaşın "Bəlkə siz bəzi kütlənin dilini tuta bilmədiyiniz üçün anlaşılmırsınız" sualına isə belə reaksiya verib:

"Dilinizi çoxdan tutmuşam. Dartıb çıxartmışam da boğazınızdan. İndi o dillər nə gəldi danışırlar". 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi