Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88491
az

Sumqayıtda 23 yaşlı qız itkin düşüb

19:1406 May, 2023
80
CƏMİYYƏT
  • A

umqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubova mayın 2-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onun boyu təxminən 1 metr 60 sm-dir. Orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, sarı saçlı, gözlərinin rəngi yaşıldır.

Evdən çıxarkən əynində boz rəngli gödəkçə, qara rəngli cins şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102-Zəng Mərkəzi”nə, həmçinin Pirallahı Rayon Polis İdarəsinə (012) 457-02-02 şəhər və (050) 670-08-06 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA:
Azərbaycanlı general vəfat etdi - FOTO